Halal ruzi qazanmaq üçün ilk olaraq insan halal-haramı tanımalıdır. Buna görə də hər bir müsəlman şəxsə vacibdir ki, ehtiyac duyduğu fiqhi hökmləri təqlid etməklə müctəhidin özündən və ya yazdığı risalələrdən ələ gətirsin. İmam Əli (ə) bəzi günlər bazara gedib, uca səslə deyirdi: “Ey tacirlər, ilk olaraq dini hökmləri öyrənin, sonra ticarətlə məşğul olun ki, səhvən haram qazanc əldə etməyəsiniz”. Daha sonra isə harama səbəb ola biləcək şübhəli işlərdən qətiyyətlə çəkinmək lazımdır. Həmişə Allahı xatırlamaq və ondan halal ruzu diləmək lazımdır. Üçüncü mərhələdə isə digərlərinin əgər onun malında haqqı varsa qaytarmaq və Allahın müəyyən etdiyi dini vergiləri ödəmək lazımdır. NUR-AZ.COM


more post like this