Əvvəl, gərək onun etiqadi, fikri və mədəni sorağına ardınca gedək:
Əgər bir kəs inansa ki, onun ixtiyarında olan mal-dövlət ilahi hədiyyə və əmanətdir;
Əgər bir kəs inansa ki, başqalarından fərqi yoxdur, hamı bir-biriylə qardaşdırlar;
Əgər bir kəs inansa ki, yoxsulların qəlbini ələ almaq, mal-dövlət ələ gətirməkdən daha çox dəyərlidir;
Əgər inansa ki, yoxsulların duası onun çətinliklərini həll edir;
Əgər inansa ki, sabah özü də cəmiyyətdəki yoxsullardan biri olacaq;
Əgər inansa ki, Allah infaq etdiyinin yerini “Allah onun əvəzini verər” [4933] cümləsi ilə dolduracaq;
Əgər inansa ki, onun infaq etdiyi torpağa əkilən bir toxum dənəsi kimi müxtəlif xol-budağa dönüb yüzlərlə yeni toxum dənəsinə çevriləcək;
Əgər inansa ki, yoxsul şəxs onun malını və etdiyi köməyi qiyaməti üçün saxlayır;
Əgər inansa ki, yoxsulların tox olması onun ruhuna mənəvi ləzzət və təskinlik verir;
Əgər inansa ki, onun bugünkü köməyi, gözəl insan şəklində bərzəxdə onun munisi olacaq;
Əgər inansa ki, müsəlmanların çətinliyinin həlli, Rəsulullahın (s) çətinliyinin həllidir;
Əgər inansa ki, cəmiyyətin məhrum təbəqəsinə etinasızlıq mümkündür ki, cəmiyyətdəki partlayışa, inqilaba və onun bütür varlığının əlindən çıxmasına səbəb olar;
Əgər başqalarına kömək etməyin təsirlərin, bərəkətlərinə və mükafatlarına imanı olsa;
Əgər etinasızlığın, xəzinə toplamağın, xəsisliyin, tamahın təhlükəsini bilsə (hiss etsə) və etinasız olan varlı adamların tarixi ilə tanış olsa, xüms və zəkat vermək, infaq etmək və . . . üçün özünü hazırlayar.
Əgər bilsək ki, Allah bizdən borc istəyib və buyurubdur: “Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir?”; [4934]
Halbuki göylərin və yerin xəzinəsi onun əlindədir, başa düşərik ki, bu borc verməkdən məqsəd, həqiqətdə insanda səxavət və humanistlik ruhiyyəsinin çiçəklənməsidir. [4935]
Əgər biz həzrət Süleyman (ə) kimi İlahinin əta etdiklərini öz zirəngliyimizdən deyil, Allahın fəzlindən bilib desək, “Haza min fəzli Rəbbi” (Bu mənim Rəbbimin fəzlindəndir) heç vaxt, heç vaxt öz malımızın xüms və zəkatını ödəməkdə xəsislik etmərik.
Əgər biz Allahın nemətlərini firavanlıq, qəflət və məstlik vasitəsi bilməsək, əksinə Quranın buyurduğu kimi “Bu, Rəbbimin lütfündən, mərhəmətindəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa kafir olacağam!” [4936] onları bizim üçün imtahan vasitəsi bilək. Görəsən onlardan düzgün qaydası ilə istifadə etsək, Allahın verdiyi nemətlərin şükrünü əməldə yerinə yetirmişik, yoxsa nemətə küfr etmişik?
Əgər imam Rizanın (ə) buyurduğu kimi bilsək ki, Allahın qocalıb əldən düşmüş adamların məsuliyyətini imkanlı şəxslərin öhdəsinə qoyubdur,
Əgər bilsək ki, bizim bütün varlığımız, fikirimiz, elmimiz, qüdrətimiz, təşəbbüsümüz və tövfiqimiz Allahdandır, hətta əkinçilikdə belə bizim rolumuz təkcə toxum səpmək və su verməkdir, amma suyun yerin vasitəsilə cəzb olunması, toxumun orada cücərməsi, günün istisindən uzaqlıq, nurun və havanın cəzb olunması, torpağın yarılması, xol-budaqların çıxmasının hamısı Allahdandır və Quranın təbiri ilə desək,
“Onu bitirən sizsiniz, yoxsa Biz?” [4937]
heç vaxt xəsislik etmərik.
Əgər bilsək ki, bizim maddi köməklərimizi zahirdə alanlar yoxsullar, ancaq həqiqətdə isə Allahdır və sədəqələri (zəkatları) O təhvil alır,
“Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqələri (zəkatları) alar.” [4938]
rahatlıqla maddi köməyimizi əsirgəmərik, (rəvayətdə gəldiyi kimi) öz əllərimizi də öpərik.
Əgər bilsək ki, yoxsullara etinasızlıq bizi də, özü ilə evi (və bütün sərmayələri) ilə birlikdə yerin dibinə çəkilən qarunların aqibətinə giriftar edər,
“Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə gömdük.” [4939]
Əgər bilsək ki, yetimlərə diqqət yetirməmək, bizim öz övladlarımızın yetim qalmasına da səbəb olar,
Əgər bilsək ki, bizim bugünkü maddi köməklərimiz bəzən iki bərabər, bəzən bir neçə bərabər, bəzən on bərabər, bəzən də yeddi yüz bərabər olub bizim özümüzə qayıdar, heç vaxt xəsislik etmərik.
Əgər imam Sadiqin (ə) sözlərinə imanımız olsa, buyurmuşdur: “Allah zəkatdan da daha mühüm bir şeyi camaata çətin tutmayıbdır. Camaatın çoxu onu ödəmədiyi üçün həlak olublar” [4940] biz heç vaxt xəsislik etmərik.
Əgər bilsək ki, bizi gələcəkdəki yoxsulluqla qorxuzan şeytandır,
“Şeytan sizə fəqirlik (yoxsulluq) vədəsi verər”
heç vaxt şeytanın hədələdiyi vəsvəsələrindən qorxmarıq.
Əgər bilsək ki, biz Allahın yerdə olan canişiniyik və heyifdir ki, təkcə dünyadakı maddiyyata razı olaq, heç vaxt dünyadakı maddiyyatla razılaşmarıq.
“Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz?” [4941]
Əgər bilsək ki, var-dövlət toplamağın kökü, batil olan şeyin əbədi olacağını güman etməyimizdir,
“O kimsə ki mal yığıb onu dönə-dönə sayar,
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.” [4942]
heç vaxt xüms və zəkat verməyi təxirə salmarıq.
Əgər bilsək ki, hər nə qədər bizim mal-dövlətimiz varsa, məsuliyyətimiz də çoxalır. (Öz peyğəmbərinə (s) Kövsər və çoxlu xeyir əta edən Allah, onun qoyun kəsməsi ilə kifayətlənməyib, dəvə kəsməyi də ona vacib etmişdir.) [4943] Bəli, hər kəsin qazancı çox olsa, onun verəcəyi maddi yardımlar da gərək çox olsun.
Əgər bilsək ki, zəkat verməklə peyğəmbərin (s) salam və salavatını qazanırıq, zəkatı rahat verərik. (Quranda peyğəmbərə (s) buyurulur: “Camaatdan zəkat al və onlara salam göndər.” [4944] )
Əgər bilsək ki, Quranda 27 yerdə zəkat namazla birlikdə qeyd olunubdur, əgər bilsək ki, həzrət Əmirəl-möminin (ə) öz üzüyünü namazda fəqirə verdi (hətta namazın qurtarmasını da gözləmədi), əgər bilsək ki, fəqirlərə yardım etməyin dəyəri Kəbəni və Həcərul-əsvədi öpməyə bərabərdir, heç vaxt onu başqalarına tapşırmarıq və mütləq onun məsuliyyətini özümüz üzərimizə götürərik. (Bəzən imamın (ə) köməkçiləri imamdan (ə) istəyirdilər ki, yoxsulların evinə azuqə daşımağı onların öhdəsinə qoysun. Ancaq bizim məsum imamlarımız (ə) bunu qəbul etmirdilər.)
Əgər bilsək ki, məhrumlara kömək etməyə sifariş etmək gərək həm daimi olmalı və həm də evin içindən başlamalıdır,
“ O, öz ailəsinə ( yaxınlarına)namaz qılmağı, zəkat verməyi əmr edirdi” [4945] onun əzəmətin daha da çox dərk edərik.
Əgər bilsək ki, salehlərin hökumətinin ilkin vəzifələrindən biri fəqirlərə yaxşı baxmaqdır, zəkatın mənzilətin yaxşı başa düşərik.
“ O kəslər ki, əgər onları yerüzündə yerləşdirsək ( onlara biryer versək) namaz qılar, zəkat verərlər.” [4946]
Əgər bilsək ki, Cəhənnəmdəkilər Cənnətdəkilərin cavabında deyərlər
“ Bizim Cəhənnəmə süqut etməyimizin amillərindən biri fəqirlərə qarşı etinasız olmağımız idi,” [4947]
bizdə onlara qarşı məsuliyyət hissi yaranar.
Həzrət Peyğəmbər (s) buyurub: “Qiyamət günü camaat zəkatı zərər və xəsarət bildiyi zaman bərpa olar.” [4948]
Əgər inansaq ki, həzrət Rəsulullah (s) buyurub: “Sizin üçün bir gün gələcək ki, siz hamıdan daha da ehtiyaclı olacaqsınız.” [4949]
Əgər inansaq ki, həzrət Zeynəb (salamullah ələyha) belə buyurub: “Allah-taala sizin ruzinizi çoxaltmaq üçün zəkatı vacib etdi.”
Əgər Allahın sözünə inansaq ki, buyurub: “Xəsis adamlar hesab etməsinlər Allah tərəfindən bəxş olunmuş mal-dövlətləri onlar üçün xeyirlidir. Xeyir, bu onlar üçün zərərlidir.” [4950]
Əgər inansaq ki, Quran buyurur: “Sizdə olan tükənər, Allah üçün və Allah yolunda verilənlər isə əbədidir.” [4951]
Əgər inansaq ki, imam Sadiq (ə) buyurub: “Allah fəqirləri varlıların mal-dövlətində şərik edibdir və gərək fəqirlərin haqqı onlardan başqasına xərclənməsin!” [4952]
Əgər inansaq ki, Allah-taala Öz bəndəsindən “Mənim fərmanım qarşısında xəsislik edirsən?! Mənə ittiham vurursan?! Güman edirsən ki, Mən infaq etdiyinin əvəzini verməkdə acizəm?!” buyurub soruşacaq, məhrumlara (imkansız adamlara) kömək göstərmək üçün özümüzü hazırlayacağıq. [4953] İndi isə zəkatın təsirlərinə, bərəkətlərinə və əhəmiyyətinə işarə edək:
Əgər bilsək ki, imam Sadiq (ə) buyurub: “Zəkat verməmək həsrət və peşimançılığa səbəb olan günahlardandır” [4954] insan ölüm zamanı Allah-taaladan istəyər ki, dünyaya qayıdıb fəqirlərin haqqını versin. [4955]
Əgər bilsək ki, zəkat verməmək insanı iman və İslam dairəsindən xaric edir,
Əgər bilsək ki, həzrət Rəsuli Əkrəm (s) Kəbənin kölgəsində buyururdu: Bir neçə nəfər hamıdan daha çox zərərdədir. Əbuzər soruşdu: Kimlər daha çox zərərdədir? Həzrət (s) buyurdu: Zəkat verməyən. [4956]
Əgər bilsək ki, hər gün min mələk zəkat verməyən sərvət sahibinə Cəhənnəm odun bəşarət verir, [4957]
Əgər bilsək ki, həzrət Rəsulullah (s) zəkatı xəsarət hesab edənləri Allahın müxtəlif qəhrləri (tünd və ağır küləklər, zəlzələ, insanın sifətinin dəyişməsi) ilə hədələyir, [4958]
Əgər bilsək ki, həzrət Mehdi (ə) öz malının zəkatını ödəməyənlərlə qadını (həyat yoldaşı) olan zinakarlar kimi inqilab olunan şəkildə rəftar edəcək və boyunlarını vuracaq, [4959]
Əgər bilsək ki, həzrət Rəsulullah (s) and içib ki zəkatı ödəməmək Allaha xəyanət və şirkdir, [4960]
Əgər bilsək ki, Allah-taala zəkat verməyənlərin adını müşriklərin və kafirlərin arasında qərar veribdir, [4961]
Əgər bilsək ki, zəkat dinin zəruriyyətlərindəndir və onu inkar etmək küfr hesab olunur, [4962]
Əgər bilsək ki, Əbu Bəkrin zamanında zəkat verməyən dəstələrin əleyhinə hərbi yürüş keçirilib və həzrət Əli (ə) da o cəbhədə iştirak edirdi [4963] və bu dəstə tarixdə “Əshabi rəddə” adıyla tanındı,
Əgər bilsək ki, imam Sadiq (ə) buyurub: “Hər kəs əgər az bir miqdar da olsa öz zəkatını verməsə, yəhudi ya nəsrani dinində ölər”, [4964]
Əgər bilsək ki, həzrət Rəsulullah (s) iki dəfə buyurur: “Zəkatı verilməmiş mal-dövlət məlundur, məlun”, [4965]
Əgər bilsək ki, imam Sadiq (ə) zəkat verməyənə oğru ləqəbini verib, [4966]
Əgər bilsək ki, qiyamət günü zəkat verməyənlərin əli boyunlarına bağlanacaq və mələklərin ən ağır sözləriylə danlanacaqlar, [4967]
Əgər bilib və inansaq ki, həzrət Rəsulullah (s) və onun məsum Əhli-beyti (ə) zəkat verməyənlərin qiyamətdəki işgəncələrini belə bəyan edir ki, onların boynundan böyük bir ilan asılacaq və onları sancacaq. Quran buna işarə edir: “Xəsislik etdiyiniz mal-dövlət qiyamətdə boynunuzdan asılacaq.” [4968]
Əgər insansaq ki, Quran buyurur: “Qiyamət günü xəzinə yığılmış mal-dövləti qızardıb onların zəkatını verməyənlərin alnına, böyürlərinə (qabırğasına), belinə vurarlar və onları danlayıb deyərlər: Bu, dünyada yoxsulların haqqını ödəməyib topladığınız həmin xəzinədir”,
Əgər inansaq ki, zəkat verməmək kəbir günahlardandır və Allah-taala onun müqabilində əzab vədəsi veribdir.
Bəli, əgər bu inamlar bizdə olsa, Allahın haqqını ödəməkdə bir an da olsun belə ləngimərik.
Əgər bilsək ki, zəkat bərzəxdə namazın yanında təcəssüm edib insanın munisi olacaq, onu rahat ödəyərik. [4969]
Əgər bilsək ki, zəkatı ödəməklə əvəzində bir ençə bərabər mükafat (onun say və miqdarını Allahdan savay heç kəs bilmir) alacağıq, [4970] heç vaxt xəsislik etmərik.
Əgər bilsək ki, zəkat verməklə Cənnətin qapılarını öz üzümüzə açırıq, [4971] heç vaxt xəsislik etməyəcəyik.
Əgər bilsək ki, qiyamət günündə öz mal-dövlətinin zəkatını kamil şəkildə ödəyib və yerində xərcləyən kəsdən soruşmayacaqlar öz sərvətini haradan gətiribsən (necə qazanıbsan), [4972] zəkat vermək marağı artar.
Əgər bilsək ki, bu gün bizim zəkat ödəməyimiz hamıdan daha çox möhtac olacağımız gün İlahi rəhmətin nazil olmasının açarı, zəkat verməməyimiz də ən çox xəsarətin açarıdır, [4973] zəkatı verməkdə bir an da olsun belə ləngiməyəcəyik.
Əgər bilsək ki, zəkat məqsədi ilə verilən hər bir buğda, arpa və bunun kimi digərlərinin hər bir dənəsinin mükafatı qızıldan qəsrlər, gümüş, ləl, qızıla çalar yaşılımtıl rəngli qiymətli daş-qaş, cəvahir və nurdur, [4974] bir an olsun belə zəkat verməyə gecikmərik.
Əgər bilsək ki, eşqlə zəkat vermək günahların kəffarəsidir (cəriməsidir), [4975] zəkat verməyə tələsəcəyik.
Əgər bilsək ki, zəkat verən şəxs yeddi qat göylərin hər bir mərtəbəsində müqəddəs adlarla çağırılır, məsələn göyün birinci mərtəbəsində “səxi”, ikinci mərtəbəsində “cavad”, üçüncü mərtəbəsində “muti” və digər mərtəbələrdə “mübarək”, “məhfuz”, “mənsur” və “məğfur” adıyla adlanırlar, [4976] heç vaxt bu yaxşı adları əldən verməyəcəyik.
Əgər bilsək ki, fəqirləri doyuzdurmaq qiyamətin toxluq əlaməti, susuzları sirab etmək qiyamətin sirab olmaq əlaməti, yoxsulları geyindirmək qiyamətdə paltar geyinmək rəmzidir, [4977] xüms və zəkat verməklə bacardığımız qədər aclara, susuzlara, paltarsızlara xidmət edəcəyik.
[4933] Səba surəsi, ayə 39.
[4934] Bəqərə surəsi, ayə 245.
[4935] Nəhcül-bəlağə, xütbə 183.
[4936] Nəml surəsi, ayə 40.
[4937] Vaqiə surəsi, ayə 64.
[4938] Tövbə surəsi, ayə 104.
[4939] Qəsəs surəsi, ayə 78.
[4940] Vafi, 10-cu cild, səh.33.
[4941] Tövbə surəsi, ayə 2.
[4942] Huməzə surəsi, ayə 2 və 3.
[4943] Kövsər surəsi, ayə 1 və 2.
[4944] Tövbə surəsi, ayə 103.
[4945] Məryəm surəsi, ayə 55.
[4946] Həcc surəsi, ayə 41.
[4947] Muddəssir surəsi, ayə 44.
[4948] Camiul-əhadis, 9-cu cild, səh.35.
[4949] Camiul-əhadis, 9-cu cild, səh.32.
[4950] Ali İmran surəsi, ayə 180.
[4951] Nəhl surəsi, ayə 96.
[4952] Camiul-əhadis, 9-cu cild, səh.243.
[4953] Camiul-əhadis, 9-cu cild, səh.325.
[4954] Camiul-əhadis, 9-cu cild, səh.58.
[4955] Camiul-əhadis, 9-cu cild, səh.58.
[4956] Camiul-əhadis, 9-cu cild, səh.43.
[4957] Camiul-əhadis, 9-cu cild, səh.43.
[4958] Camiul-əhadis, 9-cu cild, səh.57.
[4959] Camiul-əhadis, 9-cu cild, səh.44.
[4960] Bihar, 96-cı cild, səh.29.
[4961] Fussilət surəsi, ayə 7.
[4962] Məbsuti şeyx Tusi, 1-ci cild, səh.190.
[4963] Təfsiri Nümunə, 8-ci cild, səh.11.
[4964] Camiul-əhadis, 9-cu cild, səh.63.
[4965] Vafi, 10-cu cild, səh.44.
[4966] Vafi, 10-cu cild, səh.44.
[4967] Vafi, 10-cu cild, səh.40.
[4968] Camiul-əhadis, 9-cu cild, səh.39.
[4969] Camiul-əhadis, 9-cu cild, səh.46.
[4970] Camiul-əhadis, 9-cu cild, səh.53.
[4971] Camiul-əhadis, 9-cu cild, səh.45.
[4972] Camiul-əhadis, 9-cu cild, səh.33.
[4973] Camiul-əhadis, 9-cu cild, səh.32.
[4974] Camiul-əhadis, 9-cu cild, səh.32.
[4975] Camiul-əhadis, 9-cu cild, səh.33.
[4976] Camiul-əhadis, 9-cu cild, səh.34.
[4977] Camiul-əhadis, 9-cu cild, səh.684.
NUR-AZ.COM


more post like this