Bəzi insanlar müsibətlər qarşısında vulkan püskürmüş dağa bənzəyirlər. Daxillərində olan atəş şöləsini olduğu kimi bayıra tökürlər. Heç bir çətinliyə dözümləri yoxdur. Quranın dili ilə desək, səbir etmirlər. İlk baxışda səbir çox pis görünür və səbir elə bir ağacdır ki, meyvələri çox acıdır. (Tebyan)

Bəs Quran səbir etməyə niyə bu qədər işarə edir?

Səbir – İslam dininin nəzərində dinin və ağlın münasib bildiyi və ya qadağan etdiyi şeylərə dözməkdir. Səbir – imanın və iradənin qüdrətini nümayiş etdirər.

Dünyada həmişə çətinliklər olub və olacaqdır. Allah istəyir ki, biz bu çətinliklərlə tərbiyə olaq. İnsan varlığının cövhəri bu çətinliklərlə xalis olar. Qəflət və günah qabarları paklanar. Biz bu çətinliklərin səbəbini bilmədiyimiz üçün fəryad çəkir və nalə edirik.

Uşaq məktəbə gedən zaman oranın qayda-qanuna riayət etməlidir. Əvvəllərdə olduğu kimi, nə zaman istəsə yatıb, nə zaman istəsə dura bilməz, ya da hər nə istəyirsə məktəbdə edə bilməz. Məktəb ona nizam-intizamı öyrədir, onu tərbiyə edir. Qızıl xalis olması üçün gərək yüksək dərəcədə qızdırılsın və bu yolla xalis olmayan hissəsi ondan ayrılsın. Nə qədər xalis olarsa, bir o qədər dəyərli olar.

Səbrin mənası yanmaq deyildir, özünü yenidənqurmaqdır.

Bəziləri bir ömür yoxsul və ehtiyac işində yaşayırlar. Maddi rifahlarını düzəltmək üçün heç bir zəhmət çəkmirlər. Bu zaman onlar deyir ki, biz səbir edirik. Halbuki, Quran bu cür səbri qəbul etmir.

Səbirli insan çalışıb, zəhmət çəkməlidir. Şükür edən və razı olmalıdır. Ancaq bədbəxtliyə adət etməməlidir. Adət etdikləri üçün ondan nicat tapa bilmirlər.

Quran səbirliləri belə tanıdır: “Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işgəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır”. (“Nəhl” 110).

Səbirli insanlar heç bir zaman süstlük etməmiş və özlərini güzsüz göstərməmişdilər. Allah Təala mətanətli insanları sevər və onlar daima Allaha deyərlər: “Allahım! Bizim günahlarımızı və cürətimizi bağışla. Qədəmlərimizi sabit et”.

Bu, təbii bir qanundur ki, əgər insan çətinliklərə səbir etsə, bir nəticəyə çata bilər. O şagirdlər ki, ancaq imtahan zamanı dərs oxuyurlar və il boyu heç bir zəhmət çəkməyiblər, onlar dərs səhnəsini tez tərk edərlər. Çünki çətinliklərə dözümləri yoxdur. Ona görə də mükafat da almazlar və əliboş qalarlar.

“Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbir etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik. Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 96-97).

Səbir edənlər həm də amandadırlar. “Əgər səbir etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir”. (“Ali-İmran” 120).

Səbir edənlər pisliyi yaxşılıqla dəf edərlər. Əgər bir insan pislik edərsə və siz ona yaxşılıqla cavab verərsinizsə, həmin insanın vicdanı oyanar və qəflətdən ayılar. Daxilində inqilab baş verər və xəcalət çəkər. Bu zaman kin və düşmənçilik səmimiyyət və dostluğa çevrilər. “Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur”. (Fussilət” 34).

Səbir edənlər özlərini günahdan və şeytani vəsvəsədən qoruyarlar. O kəslər ki, qəlblərində imandan bəhs edir, ancaq əmələ gələn zaman süst olurlar, mənafeləri təhlkəyə düşən zaman əllərində olan o zəif imanı da qurban verirlər. Ancaq əgər insan öz nəfsani istəklərinə “yox” deməyi bacarsa və ona qarşı çıxsa, İlahi əmrləri yerinə yetirsə, dünya və axirəti çox gözəl olar. O cavan ki, öz şəhvət hisslərini cilovlasa və Allaha təslim olsa, mükafatı yüz bərabər olar.

Bəs səbirli olmaq üçün nə edək?

Səbirli olmağı təmrin etməyin ən yaxşı yolu – Allahın sonsuz qüdrətinə pənah aparmaqdır. O zaman ki, müsibətlər sorağımıza gələr və ya şeytan bizim imanımızı qarət edər, Allahdan istəmək insanı güclü edər. Bu insan hər cür çətinlikləri rahatlıqla arxada qoyar. “Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur”. (“Fussilət” 36).

Bəzi insanların bir dünya qədər sərvəti vardır, ancaq rahatlıqları yoxdur. Bəzilərinin isə heç nəyi yoxdur, ancaq Allahları vardır. Ona görə də hər şeyləri vardır. Allah o kəslərin yavəri və yardımçısıdır ki, ancaq Ona görə səbir edərlər. İnsan hiss edir ki, Onun lütf və rəhməti sayəsində həyat sürür.

Allah bizlərə buyurur: “Ey Mənim bəndəm! Biz səni heç bir zaman unutmuruq. Sən həmişə bizim gözümüzün önündəsən. Biz sənin ehtiyaclarını yerinə yetiririk. Sən bizim ən yaxşı bəndəmizsən. Ona görə də səbirli ol ki, Allah səbir edənləri sevər”.

http://sualcavab.ge/

 


more post like this