Həkim əvvəlcə düzgün diaqnoz qoymalıdır. Bunu isə yalnız peşəkarlar bacarır. Xəstəliyi düzgün müəyyənləşdirməmiş həkim xəstədə olmayan bir xəstəliklə mübarizəyə başlayır. Bu sahədə cəzasızlıq hökm sürsə də, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri xəstənin yanlış müalicəsidir. Qoyduğu diaqnoza əmin olmayan həkim əmrə tabe olan cəlladdan daha qəddardır.
Tanıdığım mütəxəssislərin bir çoxu ehtimallara əsaslanaraq diaqnoz qoyur və müalicəyə girişir. Müalicə başa çatdıqdan sonra isə ortaya yeni problemlər çıxır. İllər uzunu müalicə alıb, heç bir fayda görməyən bir çox xəstələr həqiqi mütəxəssislə rastlaşdıqda qısa bir müddətdə sağalırlar. Bütün davranış nöqsanlarını uşağın psixikası ilə əlaqələndirib, psixotrop dərmanlardan istifadə edən həkim bu uşağın taleyi ilə oynayır. Psixotrop maddələrdən istifadə edən uşaq bir müddət sonra öz uşaqlıq həyatına qayıda bilmir.


more post like this