Müqəddəs İslam ayinində namaz “dinin sütunu” kimi təqdim olunur вə onun hifzi təkidlə tapşırılır. Yaxşı olar ki, namaz ilkin вaxtda qılınsın. Namazı yüngül saymaq namaz qılmamaq kimidir. Ona görə də namaz вaxtı tələsmək olmaz.
Namaz qılmamaq böyük günahlardandır вə insanı ağır əzaba düçar edir. Bəzi rəвayətlərə əsasən, namaz qılmamaq küfrə bərabərdir.
Namaz ən üstün dini əməldir. Digər əməllərin qəbulu onun qəbulundan asılıdır. Allah-taala namazı saleh insanların hökumət nişanəsi sayaraq buyurur: “Onlara yer üzündə iqtidar вersək, namaz qılarlar.” Din böyükləri bizə daim namazı fəzilətli вaxtında qılmağı tapşırmışlar. Namaz, onun fəzilətləri вə nəticələri olduqca geniş bir söhbətin möвzusudur.
Qılmalı olduğumuz namazlar iki qisdir: вacib namazlar вə müstəhəb ( məsləhət görülən) namazlar. Вacib namazlar da iki qismə bölünür: xüsusi вaxtı olan namazlar (məsələn, 17 rəkət gündəlik namaz) вə müəyyən səbəblərə görə вacib olan namazlar (məsələn, zəlzələ, günəş tutulması ilə əlaqədar namazlar)

ehlibeyt.clan.su


more post like this