Həzrət Peyğəmbər(s) buyurub: “Namaz dinin sütunudur”

Gündəlik beş namazın qılınması bütün müsəlmanlara vacibdir. Hər bir namazın öz vaxtı və qılınma qaydası var. Bundan başqa bütün namazların ortaq cəhətləri də mövcuddur.

Ümumi qaydalar

Namaz qılarkən insan təharətli olmalıdır: əgər qüsl ona vacib olubsa qüsl almalı, dəstəmazı pozulubsa – dəstəmaz almalıdır. Həmçinin bədəndə nəcis olmamalıdır.

Namaz qılınan paltar və yer murdar olmamalı, heç kəsdən qəsb olunmamalıdır. Namaz qılarkən üzü qibləyə (müqəddəs Kəbə evinə tərəf) durmaq lazımdır.

Namaz qılan şəxs, alnını üzərinə qoymaq üçün  qarşısına möhür qoyur. Möhür adətən İmam Hüseynin (ə) şəhid oluğu müqəddəs Kərbəla torpağından hazırlanır. Möhürdən başqa torpaqdan çıxan və dünya malı üçün istifadəyə yararsız istənilən bir əşya da istifadə oluna bilər, məsələn, daş, qum və s.

Namaz qılarkən kişi bədənin yalnız ayıb yerlərini örtməklə kifayətlənə bilər. Qadın isə üz və əlləri biləklərinədək istisna olmaqla bütün bədənini örtməlidir.

Gündəlik namaz beşdir:

1. Səhər gün çıxana kimi qılınan namaz (sübh)

2. Günorta namazı (zöhr)

3. Günorta namazından sonra və hava qaralana qədər qılınan namaz (əsr).

4. Axşam namazı (məğrib)

5. Gecə yarısına kimi qılınan namaz (işa)

Namazda vəziyyətlər

Gündəlik namazların sözlərinin hər birinin özünə uyğun bədən vəziyyəti var: qiyam, rüku, səcdə. Məsələn, “Fatihə” və “İxlas”  surələri ancaq qiyam halında, rükunun sözləri ancaq rüku halında deyilir. Bütün bu vəziyyətlərin bir dövrünə “rikət” deyilir. Yəni bir rikət bir qiyam, bir rüku və iki səcdədən ibarətdir. İkinci rikəti yerinə yetirmək üçün səcdədən durub həmin hərəkətləri təkrarlamaq lazımdır.

Sübh namazı 2 rikətdən, məğrib namazı 3 rikətdən, işa, zöhr və əsr namazları isə 4 rikətdən ibarətdir. Zöhr, əsr və işa namazları eyni qaydada qılınır, sadəcə niyyətləri fərqlidir.

 

Namazdan öncə azan və iqamənin deyilməsi çox bəyənilir, ancaq vacib deyil.

Namaz qılmağa başlayarkən vacibdir ki niyyət edilsin və təkbir deyilsin. Niyyətin mənası budur ki, insan gərək hansı namazı qıldığını və namazı Allah üçün qıldığını bilsin. Təkbir isə “Allahu əkbər” kəlməsinə deyilir.

Səcdə zamanı bədənin göstərilən üzvləri yerə dəyməlidir: alın, əllərin içi, dizlər, ayaqların baş barmaqları.

Bütün namazlar salamların deyilməsi ilə bitir.

Namazların qılınması qaydası

Namazların rikətləri ayrı-ayrı rənglərlə qeyd olunub. Qara rənglə – birinci rikət, qırmızı rənglə – ikinci rikət, göy rənglə – üçüncü rikət, yaşıl rənglə isə dördüncü rəkət göstərilib.

Sübh namazı

1. Niyyət

2. Təkbir

3. “Fatihə” və “İxlas” surələri

4. Rüku

5. Qiyam

6. Səcdə

7. Dizi üstə oturmaq

8. Səcdə

9. Dizi üstə oturmaq

10. Qiyam

11. “Fatihə” və “İxlas” surələri

12. Qunut

13. Qiyam

14. Rüku

15. Qiyam

16. Səcdə

17. Dizi üstə oturmaq

18. Səcdə

19. Dizi üstə oturmaq

20. Təşəhhüd

21. Salamlar

Məğrib namazı

1. Niyyət

2. Təkbir

3. “Fatihə” və “İxlas” surələri

4. Rüku

5. Qiyam

6. Səcdə

7. Dizi üstə oturmaq

8. Səcdə

9. Dizi üstə oturmaq

10. Qiyam

11. “Fatihə” və “İxlas” surələri

12. Qunut

13. Qiyam

14. Rüku

15. Qiyam

16. Dizi üstə oturmaq

17. Səcdə

18. Dizi üstə oturmaq

19. Təşəhhüd

20. Qiyam

21. Təsbihətül-ərbəə

22. Rüku

23. Qiyam

24. Səcdə

25. Dizi üstə oturmaq

26. Səcdə

27. Dizi üstə oturmaq

28. Təşəhhüd

29. Salamlar

Zöhr, əsr və işa namazları

1. Niyyət

2. Təkbir

3. “Fatihə” və “İxlas” surələri

4. Rüku

5. Qiyam

6. Səcdə

7. Dizi üstə oturmaq

8. Səcdə

9. Dizi üstə oturmaq

10. Qiyam

11. “Fatihə” və “İxlas” surələri

12. Qunut

13. Qiyam

14. Rüku

15. Qiyam

16. Dizi üstə oturmaq

17. Səcdə

18. Dizi üstə oturmaq

19. Təşəhhüd

20. Qiyam

21. Təsbihətül-ərbəə

22. Rüku

23. Qiyam

24. Səcdə

25. Dizi üstə oturmaq

26. Səcdə

27. Dizi üstə oturmaq

28. Qiyam

29. Təsbihətül-ərbəə

30. Rüku

31. Qiyam

32. Səcdə

33. Dizi üstə oturmaq

34. Səcdə

35. Dizi üstə oturmaq

36. Təşəhhüd

37. Salamlar

ahlibeyt.az


more post like this