Cavab: 
ismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Əlibağlı namaz qılmaq Şiə fiqhində bidət və haramdır. İmam Əli (ə) bu haqda buyurub: “Namaz qılmaq üçün Allahın hüzurunda dayanan şəxs (qarın nahiyəsində) əllərini bir-birinin üzərinə qoymaqla özünü kafir məcusilərə oxşatmamalıdır”. (Vəsailüş-Şiə, c. 4, bab 15, h. 7)
Böyük səhabələrdən biri olan Əbu Həmid Saidi bir dəstə səhabə üşün- onların arasında Əbu Hüreyrə, Səhl Saidi, Əbu Səid Saidi, Əbu Qutadə, Haris ibn Rəbi və Məhəmməd ibn Müslimə var idi- Allah rəsulunun (s) qıldığı namazı nəql etdi. Habelə, ən kiçik və böyük müstəhəb əməllər haqqında söz açdı. Lakin belə bir əməldən (əli bağlı namaz qılmaq) söz açmadı. (Sünəni Beyhəqi, 2/ 72, 73, 101; SSünəni Əbu Davud, 1/ 194, “İftitahus-səlat” babı, h. 730; Sünəni Termizi, 2/ 98). Aydındır ki, əgər Allah rəsulunun sünnəsi qolubağlı namaz qılmaq olsaydı, Əbu Həmid onu qeyd edər və ya ordakı səhabələr bu məsləni önə çəkərdilər.
Habelə, Əbu Həmidin hədisinə oxşar İmam Sadiqdən də hədis nəql olunub (Vəsailüş-Şiə, Əfalüs-səlat babı, h. 81).
Səhl ibn Sədin nəql etdiyi hədisdən belə məlum olur ki, əlibağlı namaz qılmaq Allah rəsulundan (s) sonra meydana gəlmişdir. Çünki onun nəql etdiyi cümlədə deyilir: «كان الناس يؤمرون‏» (Camaata əmr verilirdi). Demək, əgər bu əməl Allah rəsulunun (s) sünnəsi olsaydı, onu o Həzrətə (s) nisbət verərdilər. (Fəthul-bari, 2/ 224 və Sünəni Beyhəqi, 2/ 28 )

Sual:
(2 Salam aleykum ağalar! Sizə iki sualım vardır lütfən imkan daxilində cavablandırardınız. Öncədən təşəkkürlər… 1) Ayatullah Əli Xamanei cənablarının Xəlifələrə söyüncün haram olduğu haqqında fətvasının olduğunu deyirlər. Bu döğrudur? Və əgər mümkünsə fətvanın tamamını yazardınız. 2) “Kəcil qapısı” və “Qorxulu Tehran” əsərləri haqqında məlumat verməyinizi istərdim. Əsərlərin müəllifləri kimidir? Neçənci ilin kitabıdır? Kitab anti- islam kitabıdırmı? Və əgər mümkünsə kitablarda nədən bəhs edilir qısada olsa epizodları qeyd edərdiniz.
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

1. Ayətullah Xamenei digər məzhəblərin inanclarını təhqir etməyi haram hesab edir.

2. Qeyd etdiyiniz kitablar İslam inqilabından öncə yazılıb və İran və Cənubi Azərbaycandan bəhs edir.

haqyolu.com


more post like this