Müqəddəs dinimiz İslamın gənclər arasında yayılması bütün inanclıların arzusudur. Həmd olsun Allaha ki, digər dövrlərlə müqayisədə dinimiz xalqa daha dolğun çatdırılır. Bu isə möminlərin sevinc qaynağıdır. Eyni zamanda bəzi məqamlarda onun qeyri-sağlam təbliği təəssüf doğurur. Məsələn, bəndəliyin ən uca zirvəsini əks etdirən Allaha səcdə – namaz, bəzən məqsədsiz olaraq “əyilib-durmaq” sözü ilə ifadə olunur. Onun yalnış düşüncə olduğunu sübut etmək üçün çoxlu dini ədəbiyyatın və dəlillərin olması mümkünsüz deyil. Seyid ibn Tavusun “Fəlahus-sail” kitabı bəndəlik məqamı ilə daha yaxından tanış olmaq istəyən dindarlar üçün dəyərli məlumat mənbəyi sayıla bilər. Düşünürük ki, o kitabdan əxz etdiyimiz və mətnini azca dəyişməklə hazıladığımız bu məqalə namazı – ibadəti yüngül sayanları rədd etmək üçün ciddi faktlardan biri oslun.
Namaz qılanın mənəviyyatı necə olmaldır?!
Əgər bütün hərəkətli- hərəkətsiz vaxtlarında Allah taala ilə hesablaşan, həmişə ona diqqət edən, Allah təalanın buyurduqlarının mənasını dərk edən bəndəsənsə, bu ayəyə diqqət et:
“Cinləri və insanları yalnız ibadət etsinlər deyə yaratdım” (Zairat, 56).
Bəndənin Allah taalanın buyurduqlarına, gösrətişlərinə itaət etməyə nə dərəcədə hazır olduğu, məhz namazın timsalında aydın olur.
O, zatən ibadətə layiq olduğu üçün Ona pərəstiş edirsən.
Böyük bir şəxsiyyətin yanına daxil olan zaman  hazırlıqlı olursan. Onu gördükdə ehtiram əlaməti olaraq ayağa qalxıb təzim edirsən. Yaxud da, böyük bir şəxsin nümayəndəsi ilə görüşə hazırlaşırsan. Sənin gözün ona, onun da nəzəri sənə yönəldikdə böyük şəxsin bu mümayəndə vasitəsilə sənə göndərdiyi xəbəri eşidib, şübhə və ikiürəkliliyə  yol vermədən onu qəbul edirsən. O zaman niyyətini təzələməyə ehtiyaca da qalmır. Belə olduğu halda Allahından xəbərsiz olsan, öz həva-həvəsinə diqqət etsən onda özünü namaz üçün durmağa azmış ürəyini ağılla cilovlayırsan. Onu mövlanın önündə durmağa vadar edib namaza hazır olursan. Allahın səni çağırdığını və səni gördüyünü xatırlayırsan. Ağlınla və ürəyinlə Onu ibadətə layiq bilir, Ona pərəstiş edirsən. Onun hüzurnda münacat edib səadətə çatmışların sırasına daxil olursan. İstər əda olsun, istərsə də qəza, vacib namaza durursansa, “bu ibadəti vacib olduğuna görə yerinə yetirirəm” deyə niyyət edib, onu Allah üçün yerinə yetirirsən.
Təkbirətül-ehram
“Allahu əkbər”, adətən qəflət halında deyil, Allaha hesablaşmaq kimi, ibadət məqsədi və sədaqətlə deyilməlidir.
Bir kişi İmam Sadiqin (ə) hüzurunda “Allahu əkbər” dedi. Həzrət (ə) buyurdu: “Allah nədən böyükdür?” O kişi dedi: Hər bir şeydən. İmam Sadiq (ə) buyurdu: “Allahı məhdud etdin”. O kişi dedi: Necə deyim? Həzrət (ə) buyurdu: “Allah, vəsf olunmaqdan böyükdür”. Həzrət (ə) ona görə “Allahı məhdud etdin” buyurdu ki, bütün əşyalar yaranıb (mühdəsdir). Hər bir yaranmış məhdudur. Allah əşya ilə müqayisə olunmaz. Aydındır ki, hər kəs bu etiqadda (Allahı əşya ilə müqayisə etiqadında) olsa, Allahı onlarla bir sıraya salıb onlardan böyük bilər və bunula da Onu məhdud edər. Həzrətin (ə) buyruduğu “Allah vəsf olunmaqdan böyükdür” ifadəsində məqsəd odur ki, həqiqətən Allah taalanın sifətəri Onu əhatə etmir. (Allahın sifətləri kimi anladığımız) dar mənalı və qısa sözlər Allahın cəlalı məlumat olaraq (təsəvvürə əsasən) Allahı və Rəsulunu təsdiqləyən hidayət əhli üçün bəndələrin biliyi çərçıvəsində onlara öyrədilib ki, Allahı vəsf etmək istədikdə o kəlmələri dilə gətirsinlər.
“Təkbir”-i ibadət məqsədi ilə demək, ürəyində və ağlında  insana Allahdan əta olunan Onun zatı, sifətləri ilə tanışlığını və Allahın əzəmətini nəzərdə saxlamaqdan ibarətdir. “Allahu əkbər” Onun əzəmətinə etiqad bəsləndiyi halda  deyilməli və hədəf Allah taalaya ibadət olmalıdır. Ona görə ki, O, ibadətə layiqdir.
“Təkbirətül-ehram”ı sədaqətlə deməyin mənası odur ki, insanın dediyi onun əməl ilə uyğun olmaldır. Bu şəkildə: Qəlb, ağıl və nəfsində iddia edirsən ki, “Allahdan daha böyük yoxdur”. Bu zaman nəzərdə saxlamalsan ki, mənim üçün Ondan daha əziz kimsə və nə isə yoxdur və Ondan öndə deyil. O zaman heç bir şey sənin diqqətini yayındırmamalıdır. Allah taala Quranda açıq şəkildə digərlərini Allahdan önə çəkənləri hədələyib buyurub:
“De: Atalarınız, övladlarınız, oğlanlarınız qardaşlarınız, zövcələriniz, yaxınlarınız, əldə etdiyiniz malınız, kasadlaşmasından qorxduğunuz ticarətiniz, bəyəndiyiniz məskən sizin üçün Allahdan, Onun Rəsulundan və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın (əmrinin) əzabının nazil olmasını gözləyin. Allah taala (fasiqləri) günahkar bir tayfanı hidayət etməz” (Tövbə, 24).
Ağlında, qəlbində, nəfsində başqa bir şeyi Allahdan önə çəkən zaman, aləmlərin Rəbbinin qəzəbinə düçar olmaqdasan, Onun hidayəti sənə şamil olmayıb, fasiqlərdən hesab olursan. Bu ayənin mənasına bənzər və onu daha izahlı şəkildə açıqlayan, daha şəffaf dərk olunan bir rəvayət nəql olunub. İmam Sadiq (ə) buyurub: “Hər hasnı şəxsə Allah taala onun özündən, atasından övladlarından qohumlarından, bütün camaatdan daha sevimli olmadıqca, Allaha olan imanı xalis və saf olmaz”.
Başqasını Allahın Rəsulundan (ə) öndə görməklə həqiqi iman hasil olmaz. Daha aydın bir rəvayətdə nəql olub ki, Peyğəmbər (s) buyurub: “Hər bir şəxsə özündən və övladlarından sevimli deyiləmsə və vücudum, ona öz vücudundan daha sevimli deyilsə, o, iman gətirməyib”.
Allahın Rəsulu (s) digərlərini ondan belə öndə görməyi səhih, doğru saymadığı təqdirdə, başqalarını Allahdan öndə görməklə necə iman hasil ola bilər?!
Vəccəhtu vəchiyə… (Üzümü Allaha tuturam)
İmam Sadiq (ə) buyurub: “Həzrət (ə) namaza durduqda təkbirdən öncə buyurardı: -Göyləri və yerləri yaradan Allaha üz tuturam.  .. Üzünün rəngi o qədər dəyişərdi ki, çöhrəsindən məlum olurdu.
Bir hədisdə deyilir: “İmam Həsən ibn Əli (ə) hər zaman dəstəmaz alıb onu tamamlayan zaman üzünün rəngi dəyişərdi. Onun səbəbi soruşulduqda həzrət (ə) buyurub: “Ərşin sahibi Allah taalının hüzuruna daxil olmaq istəyən üçün  layiq deyilmi ki, rəngi dəyişsin?!
Rəvayətdə nəql olunub ki, İmam Sadiq (ə) buyurub: Namaz vaxtı çatanda Əli ibn Hüseyn (ə) bədənin dərisi budaq (yarpaq) və  ya qurumuş xurma ağacı kimi titrəyərdi.
Namaza qəlbən hazır olmaq
Biz Allah taalanın (böyüklük) heybəti və cəlalından qorxmalıyıq. Bəndənin Allahdan qorxması Onun zatən buna layiq olduğundandır. Biz isə Ondan qorxmuruq, hətta Allaha ibadətədə nümunə sayılan məsumlara (ə) da iqtida etmirik, onların arxasınca getmirik. Öz istəklərimizə təslim olub Onunla ardıcıl müxaləfətə qalxırırıq.  Onun əmrini, nəhyini, Ona yaxınlaşmağı, müqəddəs münacatları kiçik saymağımız Ondan qorxmadığımızı göstərir.  Məbudumuza qarşı olan bu nadanlıq, cahillərdən, inkar edənlərdən və kafirlərdən olmamağımız üçün bəs edir. Məhz buna görə bəndəyə layiq olan odur ki, “üzümü Allaha tuturam…” dediyi zaman həqiqətən həzrət Haqqın hüzurunda olduğuna diqqət etsin! Bunu deyərkən məqsəd təkcə üzü Allaha tərəf tutmaq, qibləyə durmaq olmamaldır. Bəndə, qəlbinin gözünü ona dikməli, azmasın deyə ağlını ona təslim etməli , Ondan digərinə diqqət etməməli, bütün xoşagələn və xoşagəlməz işlərdən dönüb, yeri-göyü yaradan Allaha tərəf üz tumalıdır.
Ardı var…

Məqalə, Seyid ibn Tavusun “Fəlahul-sail” kitabından əxz olunmuş məlumatlar əsasında hazırlanıb.
Kitab:“Fəlahul-sail”,müəllif: Seyid ibn Tavus
Qum, İrəm xiyabaını, Ənsari nəşriyyatı.
Hazırladı: Şəhriyar

islammektebi.org


more post like this