İnsanın diqqəti, qəlbi Allaha ibadət etməyə yönəlibsə, onun bədəni də təbii olaraq ibadət üçün yaradıldğından sitayişə hazır olacaq. Bədən üzvlərinin qəlbə itaəti, rəiyyətin rəhbərə- başcıya itaətinə bənzəyir. Namaz qılan Allah taalaya diqqətli olanlar kimi namaza başlasa və namazın sonunadək bu halda qalsa, o, öz arzusuna çatmış hesab olunur.
Tanrı onu müşahidə etdiyi halda (namazqılan bəndə namazdan öncə) (bilərəkdən diqqətini yayındırıb) yoldan çıxan, Ondan üz çevirən şəxs, addımlayan zaman yıxılıb-qalxanlara bənzəyir. Belə azmaq nəticəsində onun məhv olmaq, Allahın razılığını itirmək ehtimalı çoxdur. Namaz qılan “üzümü Sənə tuturam” dedikdən sonra həzrət Haqqın heybətli hüzurunda olduğu halda Onun ehtiramına riayət etməsi vacibdir. Amma bunun əksinə olaraq, xəbərsiz olsa və ya özünü xəbərsiz kimi aparsa, “bütün vücudumla Allaha üz tutmuşam” sözünü yalan deyir. Beləsi namaza xəyanət, böhtan və yalanla başlayacaq. Namaza batil və yalanla başlayan şəxs isə, alçalmağa, rüsvay olmağa layiq deyilmi?!
Namazqılan, namaza duran zaman (tənbəlcəsinə) onu ağır sayan şəxsin sifətlərini daşıyırsa, namaza süst və tənbəlcəsinə duranların haqqında Quranda buyrulana diqqət etsin:
“…Namaza tənbəlcəsinə (süst) gələrlər…” (“Tövbə” surəsi, 54-cü ayədən)
Beləsi, namazdan öncə sevdiyi dost-yaxınla üzləşsəydiyi zaman təbəllik və ağırlıq hiss etmədən ona necə diqqət etdiyini düşünsün. Həqiqətən də o, belə bir halla Allah taalanı, bəndələrdən kiçik sayır. Bu, onun üçün necə də təhlükəlidir?!
Allah taalaya həmd-səna etmək
Vaxt az olduğu halda çoxlu işləri yerinə yetirmək öhdəliyində olan şəxs öncə onlardan daha vacibini yerinə yetirir. Sonra bir dərəcə az əhəmiyyət daşıyan növbəti işi sıraya salır. Namaza başlamaq istəyən şəxs də sitayiş, təmcid, tövbə və (istər mənəvi vaciblərdən olsun, istərsə də maddi) müəyyən vacibləri belə tərtibə salmalıdır. İnsan Allaha ibadət etdiyi zaman riayət etməli məsələ bunlardan ibarətdir:
İnsan, meyillə Allah taalaya sitayiş, təmcid və səna etməlidir. Bu mədh və səna, yaxınlarınıza dediyiniz mədh-sənadan daha sevimli olmalıdır. Allah taalanın sitayişi, mədhi bütün dünya əhlindən, bütün işlərdən və dostluqlardan öndə olmalıdır. Şükür edən, (ən azı) Onun əzəmətini, bəndələrə nemət verdiyini və bağışlayan olduğunu, cəlal və əzəməti müqayisəolunmaz saymalıdır. Bəndə bu məqama riayət etməyə də aciz olsa, ən azı Allah taalanın mədh, sitayiş və şükürünü ürəyində, yaranmışlara, rəhbərlərə olunan mədhlərdən itaətlərdən üstün saymaldır. Bəndənin məqamı bundan da aşağıdırsa, Allaha etdiyi mədh sana və şükür onun qullarına olan mədh şükürdən aşağı olsa, həqiqətən Allahın təmcid və sitayişini kiçik saymış olacaq. Beləsi Allahın əzabla hədələdiyi şəxslər sırasında daxil olmağa layiqdir.
“Maliki yəumiddin” (Qiyamət gününün Sahibi)
Namaz qılan “Maliki yəumiddin” deyərkən, bütün insanların diriləcəyi, mühakimə olunacağı, bütün gizli sirlərinin, batinlərinin Qiyamətdə aşkar olduğunu xatırlayıb qorxmalı, çəkinməlidir. Rəvayətdə nəql olunub ki, ibadətdə yüksək məqam sahibi olan İmam Səccad (ə), “maliki yəumuddin” buyurduğu zaman, o kəlməni o qədər qiraət edərdi ki, onu görən şəxs, həzrətin indicə canının çıxacağını güman edərdi. O böyük insan bunu günahın qorxusundan etmirdi. Onun əməllərində və danışığında heç bir nöqsan yox idi.  Bu qorxu, vəsfi mümkünsüz olan Allahın heybət və əzəmitinə görə idi.
“İyyakə nə`budu və iyyakə nəstəin”
Bəndə üçün layiqlisi odur ki, “İyyakə nə`budu və iyyakə nəstəin” sözünü sədaqətlə desin. Bu sədaqət nədən ibarətdir?!
Əgər şəxs, “iyyakə nə`budu və iyyakə nəstəin” sözünü, tez ötüb keçən fani dünya mənafeinə və ya sonradan çatacaq axirət savabına, yaxud dünya problemlərini aradan qaldırmaq və qiyamət – axirət qorxusundan deyirsə, əslində öz nəfsinə ibadət etmiş olur. Beləsi Allah taalanın sitayişə layiq olduğu üçün sitayiş etmir. Onun ibadətinin hədəfi nəfsani istək və ləzzətlərə çatmaqdır. Belə olduğu təqdirdə “iyyakə nə`budu” sözü yalan və böhtandır. Bu isə ona salamatlığa və xoşbəxtliyə çatmaqda mane olacaq. Onun adı yalançılar sırasına yazlacaq. Aydındır ki, bununla da, o, özünü məhv olmağa məhkum edəcək, yoxluğa sürükləyəcək.
“İman gətirməyənlər yalan danışıb başqalarına iftira atarlar …”. (“Nəhl” surəsi, 105-ci ayədən)
“İyyakə nəstəin” sözü də sədaqətlə deyilməlidir. Bir şəxs “Allahdan kömək diləyirik” sözünü dilə gətirən zaman, qüdrətinə, gücünə, malına, güclü tərəfdarlarına və dostlarına və ya digər ümidlərə göz dikirsə sözünü yalan demiş olacaq. Beləcə, Allahı kiçik sayacaq, Ona böhtan atmış olacaq. Bu üzdən Onun əzabına düçar olmaq təhlükəsi ilə üzləşəcək.
“İhdina siratəl mustəqim”
“İhdina siratəl mustəqim” kimi namazda olunan dualarda, xüsusən də Allaha xitab edən zaman nəfsin, qəlbin təmizliyinə diqqət olunmalıdır. Büyük rütbəli şəxsdən bir şey istəyəndə, onunla danışdığın zaman ona arxa çevirsən, yaxud onu qarşılamaq lazım olduğu halda diqqətsizliyə yol verərək onu kiçik saysan, bunun cavabı olaraq o, səni hüzurundan qovacaq, öz mərhəmtindən məhrum edəcək. Hətta bu ehtiramsızlığa görə səni zindana salıb işkəncəyə məruz qoysa, təbii olaraq bunu öz əməlinin nəticəsi kimi qəbul edəcəksən. Allahdan istəyini dilədiyin zaman sənin ürəkdən buna hazır olmamağın, yaxud da Onun calalına az ehtiram göstərməyin, kiçik saymağın da bir növ buna bənzəyir. Halbuki dünya və axirətin Sahibinə diqqətin, məzəmmət olmuş puç dünyada hər hansı bir padşaha gösrətdiyin diqqətdən az olmamalıdır. Belə bir vəziyyətlə dualarının qəbulu təxirə düşürsə, öz günahının cəzasıdır.
İnsan bir padşahla (böyük şəxslə) görüşən zaman onu böyük saymaq məqsədi ilə təzim edib əyilir. ( Bununla, rükunun mənasını anlamaq olar.)
Qəlbən hazır olmadan, hamıdan böyük olan Allaha rüku etmək, baş əymək layiq deyil. Allahın müqabilində səcdə məqamında olan daha çox kiçilməlidir:
“… Səcdə et, Allaha yaxınlaş”. (“Ələq” surəsi, 19-cu ayədən)
İnsan, sevdiyi şəxsə yaxınlaşdıqca onu sevinc hissi bürüyür. Ona görə də, Allah yaxınlaşmaq məqamı olan səcdə, onun sevincinə, şadlığına səbəb olmalıdır. Səcdə, Allaha yaxınlıq nişanəsidir. (Ona yaxınlaşdıqca insanın Tanrısına məhəbbəti də artır). Allah taalanın məhəbbəti Onun cəlalını daha çox yaxşı tanımaq üçün yol açır. Bu isə Onun mərhəmətidir.
Allah taala Onu tanıyıb səcdə edənlər haqqında buyurub:
“… Allah onları, onlar da Allahı sevir…”. (“Maidə” surəsi, 54-cü ayədən).
“… İman gətirənlər Allahı daha çox sevir …”. (“Bəqərə” surəsi, 165-cı aydədən)
Bəzən insan çox çətinliklə itaət edir və ya bu məsuliyyəti daşıdığı üçün bezir. Allaha, itaətlə məhəbbət bəsləməyin mümkünlüyünü qəbul etdiyimiz təqdirdə, insan ibadətdən xoşlanmırsa, əslində Allahı xoşlamır, hətta ona düşmən də ola bilər …

Məqalə, Seyid ibn Tavusun “Fəlahul-sail” kitabından əxz olunmuş məlumatlar əsasında hazırlanıb.
Kitab:“Fəlahul-sail”, müəllif: Seyid ibn Tavus
Qum, İrəm xiyabaını, Ənsari nəşriyyatı.
Hazırladı:  Şəhriyar

islammektebi.org


more post like this