Sual 14: Kişilərin sarı, ağ qızıldan və platindən istifadə etməsinin hökmü nədir?
Cavab: Qızıl adlanan şeylə zinətlənmək kişilərə haramdır. Qızıl sarı, qırmızı və ya ağ olmasının fərqi yoxdur. Amma platin başqa bir filizdir və qızıl sayılmır.
Sual 15: Məsciddə şər’i ölçülərlə çəkilmiş film nümayiş etdirmək olarmı?
Cavab: Bu iş məscidin şə’ninə münasib deyil. Bu qəbil işlər üçün ayrıca yer nəzərdə tutulmalıdır.
Sual 16: Gündəlik yövmiyyə və cümə namazlarında qadınların iştirakının kərahəti varmı?
Cavab: Hazırkı şəraitdə onların iştirakı daha yaxşıdır, bə’zən isə zəruridir
Sual 17: İmam camaat bayram namazını iki yerdə camaatla qıla bilərmi?
Cavab: Çətindir. Amma yövmiyyə namazlarını iki qrupla iki dəfə qılmaq olar.
Sual 18: Namazın qunutunda qeyri-ərəbcə dua oxumaq olarmı?
Cavab: Düzgün məzmunlu istənilən bir duanı, istənilən bir dildə qunutda oxumaq olar.
Sual 19: Zaman ötdükcə qəsbi yerin hökmü dəyişirmi?
Cavab: Qəsbi yerdə namaz qılmaq haramdır. Zaman bu hökmü dəyişmir.
Sual 20: Sementə, mozaikaya, mərmərə səcdə etmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual: Qadın vətən məsələsində ərinə tabedirmi?
Cavab: Əgər qadının məqsədi bu məsələdə ərinə tabeçilikdirsə, tabe olacaq. Amma məqsədi ərini başqa bir yerə köçməyə təşviq etməkdirsə, tabe sayılmır.
Sual 22: Qəza namazı və orucu olan şəxs başqa birinin qəza namaz və oruclarını pulla yerinə yetirə bilərmi?
Cavab: Eybi yoxdur.
Sual: Aylı gecələrdə sübh namazı nə vaxt qılınır?
Cavab: Aylı və aylı olmayan gecələr arasında fərq yoxdur.
Sual 24: Günəşin doğub-doğmamasına şübhə edənin sübh namazında niyyəti necə olmalıdır?
Cavab: Vacib namaz və ya əda niyyəti ilə qıla bilər.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this