Ruslan Növrəs

Namə yazdım yenə dildarə səhər tezdəndən,

Mənə bəlkə, qıla bir çarə səhər tezdəndən.

 

Gecədən əhdim olub yar üzünü görməkçün,

Gedirəm minnətə əğyarə səhər tezdəndən.

 

Ahu-naləm gecələr ərşə çıxır, sübh bitir,

Necə ki, sabitü-səyyarə səhər tezdəndən.

 

Keşiyin çəksə də bülbül gecədən sübhə qədər,

Yenə gül həmdəm olar xarə səhər tezdəndən.

 

Gecə röyadə nigarım dedi, dur gəl, görüşək,

Gedirəm, bilmirəm heç harə səhər tezdəndən.

 

Gəzirəm Leyli misalində yenə sevdiyimi,

Dəşti-səhradə mən avarə səhər tezdəndən.

 

Növrəs, ilhamə gəlir qəlb, bulaq başinə get,

Təmaşa qıl, o gözəl yarə səhər tezdəndən.

canderyasi.com


more post like this