1-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından biridir.Kim (naməhrəmə) baxmasa, Allah ona ilahi xof səbəbindən bir iman əta edər ki, qəlbində onun şirinliyini duyar.”

2-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Kim gözünü haramla doldursa, Allah Qiyamət günü onun gözünü odla doldurar. Yalnız tövbə edən istisnadır.”

3-cü hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs naməhrəm qadınla əl görüşsə, Allahın qəzəbinə üz tutmuşdur. Hər kəs naməhrəm qadınla rabitəyə qatılsa, od sırasında şeytana yaxınlaşar və hər ikisi oda atılar.”

4-cü hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü yalnız üç göz ağlamaz: Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqlarına yumulan göz, gecəni sübhədək Allah yolunda oyaq qalan göz.”

5-ci hədis: İmam Sadiq (ə) buyurmuşdur: “Naməhrəm qadını görüb gözünü səmaya qaldıran və ya yuman kəs gözünü dolandıranadək izzət və cəlal sahibi olan Allah ona hurul-eynlə izdivac buyurar.”

6-cı hədis: İmam Kazim (ə) cəddi hәzrәt Əlidən (ə) belə nəql edir: “Kor bir şəxs həzrət Fatimədən (s.ə.) otağa daxil olmaq üçün icazə istədi. Xanım Zəhra (s.ə.) pərdə arxasına keçdi. Həzrət Peyğəmbər (s) soruşdu ki, kor bir şəxsə görə pərdə arxasına nə üçün keçirsən? Xanım ərz etdi ki, o da məni görməsə, mən onu görürəm və o mənim qoxumu duyur. Həzrət Peyğəmbər (s) buyurdu:” Şəhadət verirəm ki, sən mənim tənparəmsən.”

7-ci hədis: Həzrət Əli (ə) həzrət Peyğəmbərə belə ərz etdi: “Ya Rəsuləllah (s), anamın otağına daxil olarkən icazə istəyimmi?” Həzrət buyurdu ki, bəli. Həzrət Əli (ə) bunun səbəbini soruşdu. Hәzrәt Peyğəmbər (s) buyurdu:” Ananı libassız görmək xoşdurmu?” Həzrət Əli (ə) ərz etdi:” Xeyr.” Peyğəmbər (s) buyurdu:” Elə isə icazə al.”

8-ci hədis: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “ Əri varkən gözünü başqa kişilərə baxmaqla dolduran (başqalarına göz dikən) qadına Allahın qəzəbi böyükdür.”

9-cu hədis: İmam Sadiq (ə) buyurmuşdur: “ (Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından olan bir oxdur. (Qiyamətdə) həsrət və qəm-qüssə ilə uzanası baxış nə çox!”

10-cu hədis: “Həzrət Əli (ə) qadınlara salam verirdi. Amma gənc qadınlarla salamlaşmaqdan çəkinirdi. Buyurardı ki, gənc qadınların səsinin məni həyəcanlandıracağından və günаha dü؛əcəyimdən qorxuram. Bunun zərəri salam verməyin mükafatından bِyükdür.”

http://sualcavab.ge

 


more post like this