Məsələ 700: Müstəhəb namaz çoxdur. Bu namazlar “nafilə” adlanır. Nafilə namazları arasında gündəlik nafilə namazları daha çox tövsiyə olunmuşdur.
Məsələ 701: Gündəlik nafilə namazları bunlardır: Səkkiz rəkət günorta, səkkiz rəkət ikindi, dörd rəkət şam, iki rəkət oturaq halda xiftən, on bir rəkət gecə, iki rəkət sübh nafiləsi. Xiftən namazının iki rəkətlik nafiləsi oturaq yerinə yetirildiyindən bir rəkət sayılır. Nəticədə gündəlik nafilələr otuz dörd rəkət olur. Amma cümə günləri bu namazlar dörd rəkət artır. Günorta və ikindi nafilələrinə dörd rəkət əlavə olunur. Bütün nafilə namazları iki rəkət-iki rəkət qılınır.
Məsələ 702: On bir rəkət gecə nafiləsinin səkkiz rəkəti “gecə nafiləsi”, iki rəkəti “şəf’ nafiləsi”, bir rəkəti “vətr” nafiləsi niyyəti ilə yerinə yetirilir.
Məsələ 703: Gecə nafiləsi nafilə namazlarının ən mühümlərindəndir. Ayə və rəvayatlərdə bu namazın əhəmiyyəti xüsusi vurğulanır, onun insan ruhuna müstəsna tə’sirindən danışılır. Bu namazlar insanın tərbiyəsində, onun problemlərinin həllində çox tə’sirlidir. Dua kitablarında bu namazın qaydaları göstərilir. Xüsusilə vətr namazının qunutuna ciddi əhəmiyyət verilir. Əlbəttə ki, bu qaydaları yerinə yetirmək yaxşıdır. Amma gecə namazlarını adi şəkildə də qılmaq olar. Müəyyən səbəblərdən gecənin axırlarında oyana bilməyən şəxs yatmazdan öncə bu namazı qıla bilər.
Məsələ 704: Nafilə namazlarını oturaq da qılmaq olar. Amma bu halda ehtiyat budur ki, iki rəkət oturaq namaz bir rəkət sayılsın. Məsələn, günortanın səkkiz rəkətlik nafiləsi on altı rəkət oturaq namazla əvəz edilsin.
Məsələ 705: Səfərdə günorta və ikindi nafilələri qılınmır. Ehtiyat budur ki, xiftən namazının da nafiləsi qılınmasın. Amma qalan nafilələr, yə’ni sübh, şam və gecə nafilələri səfərdə də qılınır.
Məsələ 706: Qeyd etdik ki, nafilə namazları iki rəkət-iki rəkət qılınır. Yalnız vətr namazı bir rəkətdir. Vətr namazını oturaq qılmaq istəyən şəxs ayrı-ayrı iki bir rəkətli namaz qılmalıdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this