14Cavab: Mürtədlik dindən xaric olmağı izhar etməyə deyilir. Çox vaxt bu iş digərlərinin də dindən çıxarmasına səbəb olur. Mürtədin hökmü dindən çıxana aid olur, lakin nə qədər ki, şəxs bu əqidəni izhar etməyib onu cəzalandırmazlar. Beləliklə, mürtədin cəzası onun şəxsi əqidəsinə görə yox, ictimai günaha mübtəla olmasına görədir.
Mürtəd, cəmiyyətin ümumi dini ruhiyyəsinə xələl gətirir və dində dərin elmi məlumatı olmayan cəmiyyətin dindarlığını təhlükə altına alır. İslamın əvvəllərində bir dəstə islam düşmənləri müsəlmanların imanlarını zəiflətməkdən ötrü islama gəlmələrini zahirdə bəyan edir sonra dindən çıxırdılar.[4787]
İslam bu təhlükəli əməlin qarşısını almaqdan ötrü ona ağır cəza təyin edir. Baxmayaraq ki, onun isbat yolunu çətin qərar vermişdir. Belə ki, islamın əvvəllərində çox az insan bu ağır cəzaya məhkum olmuşdur. Bu cəhətdən cəzanın ruhi təsiri islam cəmiyyətində ona mübtəla olmağın qarşısını almış və cəmiyyətdə sağlam mühit yaratmışdır.
Daha geniş cavab
Bu sualı cavablandırmaqdan ötrü bir neçə məsələyə diqqət etmək lazımdır:
Birinci məsələ: Mürtəd kimdir? Mürtəd, islamdan xaric olub küfrü seçməsini izhar edən müsəlmandır. [4788] Dindən xaric olmaq, dinin özünü köklü və ya dinin köklərindən birinin (tövhid, peyğəmbərlik, məad) inkarı əsasında hasil olur. Həmçinin, dinin bütün müsəlmanların nəzərində zəruri sayılan hər hansı bir aşkar hökmünü və ya peyğəmbərliyin inkarına səbəb olan bir zəruri məsələni bilə-bilə qəsdən inkar etmək mürtəd olmağa səbəb olur. [4789]
Mürtədlik iki qismdir: Fitri mürtəd və milli mürdət.
Fitri mürtəd o kəsdir ki, nütfəsi müsəlman ata anadan olmuş, doğulmuş və həddi buluğa çatdıqdan sonra islamda olmağı izhar etmiş daha sonra isə islamdan xaric olmuşdur. [4790]
Milli mürtəd o şəxsdir ki, nütfəsi bağlanan anda ata anası kafir olsun, həddi buluğa çatdıqdan sonra öz ixtiyarı ilə islamı qəbul və izhar etsin, sonra təzədən kafir olduğunu bəyan etsin. [4791]
İkinci məsələ: İslam məzhəblərində və ilahi dinlərdə mürtədin cəzası nədir?
Şiə məzhəbində mürtəd şəxsin irs və ailə məsəllərində məxsus hökmləri var ki, onları bu mövzuda araşdırmaq bizim sual olunan bəhsimizdən xaricdədir. Mürtəd şəxsin hökmü budur: Əgər fitri mürtəd kişi olsa, ölümə məhkumdur. Qazinin yanında tövbəsi də qəbul deyil. Amma, əgər milli mürtəd kişi olsa əvvəldə ona tövbə etmək təklifi olunur. Əgər tövbə etsə azad olunur, yoxsa, ölümə məhkum olur. [4792] Mürtəd qadın, istər milli, istərsə də fitri olsun ölümə məhkum deyil. Ona əvvəl tövbə təklif olunur, qəbul etsə azad olunur, əks halda zindanda saxlanılır.
Əhli-sünnət fiqhində isə məşhur budur ki, mürtədə bütün növlərində, istər milli olsun, istər fitri, istər kişi olsun, istərsə də qadın, əvvəlcə tövbə təklif olunur, əgər tövbə etsə azad olunur, əks halda ölümə məhkum olunur. [4793] Digər ilahi dinlərdə mürtədlik böyük günahlardan sayılır və hökmü də ölümdür. [4794] Beləliklə, demək olar ki, mürtədlik bütün dinlərdə və məzhəblərdə ən böyük günah sayılır və azca ixtilafla cəzası ölümə məhkum olmaqdır. [4795]
Üçüncü məsələ: Mürtədin cəzasının hikməti.
Mürtədin cəzasının hikmətini aydınlaşdırmaqdan ötrü bir neçə mətləbə diqqət yetirmək lazımdır:
1- İslam hökmləri iki qismə, fərdi və ictimai hökmlərə bölünür. İctimai hökmlər cəmiyyətin məsləhətlərinə uyğun tənzim olunur. Bəzən bu məsləhətlər fərdin bəzi azadlıqlarını məhdudlaşdırır və bu məsələ heç bir cəmiyyətdə inkar olunmur.
2- Mürtəd şəxs əgər haqqı tanımaqdan ötrü var qüvvəsini sərf etsə və ondan sonra inkar etsə, fərdi nöqteyi nəzərdən Allah yanında günahkar sayılmaz. [4796] Amma, əgər bu işdə səhlənkarlıq etsə, fərdi hökmdə də günahkar sayılır. Mürtəd, hər vaxt öz nəzəriyyəsini cəmiyyətdə elan etsə, artıq onun günahına ictimai nəzərdən baxılır və bu sahədə ictimai hökmlər və cəzalar ona aid olur. Çünki:
Əvvəla: Mürtəd, cəmiyyətdə başqaların hüquqlarını pozur. Belə ki, cəmiyyətdə dindarların zehnində şübhə icad edir və aydındır ki, cəmiyyətin ruhiyyəsinə şübhə salmaq o cəmiyyətin iman cəhətdən zəifləməsinə səbəb olur. Cəmiyyətdə təkcə din mütəxəssislərin şübhələrə cavab tapa bilməsi və ümumi əhalinin bu sahədə yalnız ümumi məlumata malik olub şübhələrə cavab tapa bilməməsi cəmiyyətin sağlam ruhiyyəsinə mənfi təsir qoyur. Halbuki, hər bir cəmiyyətin mənəvi cəhətdən sağlam olması hüququ vardır.
15İkinci: Cəmiyyətin iman ruhiyyəsinin qorunması, şübhəsiz əhalinin haqqı olduğu üçün islam bu haqqı cəmiyyətin məsləhətinç hesab edir, dini şüarlarında da bu səmtə təşviq edir [4797] və bu hörməti sındırmaqdan pərhiz etməyi tövsiyə edir. [4798] Nəticə budur ki, mürtədin fərdi hökmü cinayət olmasa da ictimai cəhətdən ən böyük cinayət və günah sayılır.
Üçüncü: Mürtədliyin günah olmasını nəzərə alaraq onun cəzasının fəlsəfəsi haqqında aşağadakıları bəyan etmək olar:
A) Cəzaya layiq olmaları; Mürtədə cəza cəmiyyətin nəzmində və əxlaqında xələl icad etdiyinə görə verilir. Cəmiyyətdə əxlaq, din və məzhəb cəhətdən cinayət nə qədər böyük olsa onun cəzası da bir o qədər ağır olar. Aydındır ki, cəmiyyətin nə qədər inkişaf etməsinə baxmayaraq mənəvi və dini cəhətdən zəifliyə tərəf getməsi, əsl xoşbəxt həyatdan uzaqlaşması deməkdir. Bu səbəbə görə mürtədlikdən əlavə, cəmiyyətin etiqad və ümumi imanının zəifliyinə səbəb olan hər bir əməlin cəzası ağırdır. O cümlədən, Peyğəmbərə (səllalahu ələyhi və alihi və səlləm) və pak Məsumlara (əleyhimussalam) ehtiramsızlıq etmək. Çünki, əgər cəmiyyətdə belə şəxslərin müqəddəsliyi sınsa, onda bu dinin təhrif olunmasına və aradan getməsinə səbəb olur.
B) Mürtədin ağır cəzası onun bu etiqadının cəmiyyət içində yayılmasının qarşısını alır. Mürtəd, nə qədər ki, öz etiqadını izhar etməyib o, ictimai günaha mübtəla olmayıb. İslam tərəfindən mürtədliyə ağaz cəzanın təyin olunması bu əməlin cəmiyyətdə yayılmasının qarşısını almağa xidmət edir.
V) Dinin cəmiyyətdə əhəmiyyətli nişan verilməsi.
Hər bir cəmiyyətin hüquqi və cəza qanunları öz-özlüyündə nişan verir ki, cəmiyyətdə hansı işlər daha mühümdür. Mürtədin ağır cəzası cəmiyyətdə mənəvi ruhiyyənin hifz olunmasının əhəmiyyətini göstərir.
Q) Dini qəbul etməzdən əvvəl onda təfəkkür etməyə təşviq etmək;
Mürtədin ağır cəzaya məhkum olması, qeyri-müsəlmana islam dini barəsində dərindən düşünüb onu qəbul etməsi və yalançı imandan hifz olunmasına xidmət edir.
D) Axirət cəzasının yüngülləşməsi;
Din nəzərindən, dünya cəzası axirətdə olan cəzanı yüngülləşdirir. Mehriban Allah-taala, insanı iki dəfə cəzalandırmaq istəmir. Rəvayətlərdə islamın əvvəllərində cəmiyyətdə bəzi günahkarların günahlarına görə dünyada cəzalandırılmağın axirət cəzasının yüngülləşməsinə səbəb olması fikri təşviq olunur. Bununla da, cəmiyyətdə müsəlmanlar günaha görə hədd vurulması meylini özündə gücləndirirlər.
Qeyd: Doğrudur ki, dünya cəzası axirət cəzasın bir qədər yüngülləşdirir. Amma islamda, Allah-taala insanın dünyada bütün günahdan pak olmasından ötrü məxsus yol qoyub, o da xalis tövbədir. Əgər günahkar bu dünyada tövbə etsə, bu dünyada heç bir cəzaya məhkum olmadan günahları bağışlanmış olar.
Dördüncü: Qanunçuluqda ehtiyat.
Ola bilsin, mütrədin hökmün hikməti və ya Qurani-Kərimdə kitab-əhlinin bu yolla islama qarşı hiylə planları, [4799] əslində, mürtəd şəxsin hədəflərindən biri olmasın. Yəni, mürtəd şəxs heç bir ünvanla, cəmiyyətin etiqadının əleyhinə və onun mütrədliyinin cəmiyyətdə mənfi təsir qoyması niyyətində olmasın. Amma yenə də islam onun cəzasını heç bir ünvanla yüngülləşdirmir. Bunun səbəb nədir? Başqa sözlə desək, ola bilsin mütrədin bu əməldən hədəfi onun hökmünün hikməti ilə uyğun gəlməsin, bəs nəyə görə bu halda islam mürtədin hökmündə yüngüllük nəzərə almır?
Cavabda bunu demək olar ki, hər bir qanun təyin edənin zehnində həmişə qanun hikmətindən geniş dairə nəzərdə tutulur və buna “qanunda ehtiyat” deyirlər. Bu məsələ bir neçə səbəb görə nəzərə alınır ki biz onlardan iki mühüm nöqtəsinə işarə edəcəyik:
1. Bəzən müəyyən mövzunu təyin edən bəzi qeydlər heç də belə deyil ki, insan onu tanımağı öz öhdəsinə alsın. Məsələn, avtomobillərin xiyabanın kənarında saxlanılmasının hikmətindən biri budur ki, yolda tıxaclar yaranmasın. Bu tıxaclar həftənin bəzi günləri ümumiyyətlə olmur, amma buna baxmayaraq yol polis idarəsi bu qadağan qanununu bütün həftə boyu yolda icra edir. Ona görə ki, yolda ağır tıxacların nə vaxt olmasını bilmək sürücülərin öhdəsinə buraxmaq olmaz.
2. Bəzən bir hökmün əhəmiyyəti o qədər mühümdür ki, qanun təyin edən ehtiyat üzündən hökmün mövzusunu o qədər geniş nəzərə alır ki, qanunun dəqiqliklə icra olnunmasına yəqinliklə arxayın olsun. Məsələn, çimərlik dənizdə qərq olma ehtimalı hüdudunu 5 km nəzərə alırsa, bu vaxt dənizin kənarında keşik çəkən hərbi zabitlər dəstəsi bu hüdudu bir neçə dəfə artıq 16məsafə ilə nəzarətə alırlır. Bununla da hərbçilər insanların tam əmniyyəti üçün öz vəzifələrinin layiqincə yerinə yetirdiklərdən arxayın olurlar.
İslam qannuçuluğunda da həmçinin, hökmün dairsi o dərəcədə geniş nəzərə alınır ki, cəmiyyətdə onun hədəfi tam şəkildə təhəqqüq tapması məlum olsun.
İslam hökmlərinin fəlsəfəsi haqqında dah çox məlumat üçün bax:
Fəlsəfeyi hüquq, Qüdrətullah Xosrovşahi,- Mustəfa Daneşpeju, səh-221-222. Ədli İlahi, Şəhid Mütəhhəri,
Əl-Mizan, təfsir ayei “ La ikrahə fid-din” ayəsinin təfsiri.2-ci cild, səh-278, Təfsir nümunə, 2-ci cild, səh-360.
[4787] Ali İmran surəsi-72
[4788] İmam Xumeyni (rəhmətullah). Təhrirul-Vəsilə, 2-ci cild, səh-366, İbni Qudamə, Əl-Muğni, 10-cu cild, səh-74.
[4789] İmam Xumeyni (rəhmətullah). Təhrirul-Vəsilə, 1-ci cild, səh-118.
[4790] İmam Xumeyni (rəhmətullah). Təhrirul-Vəsilə, 2-ci cild, səh-336; bəzilər müsəlmanlığı valideynlərdən birinin müsəlman olmasını da şərt bilirlər. (Xoyi, Məbani təkmilətul-minhəc, 2-ci cild, səh-451) bəziləri həddi buluğa yetdikdən sonra islamı izhar etməyi müsəlmançılığda şərt bilmirlər. (Şəhid Sani, Məslikul-Əfham, 2-ci cild, səh-451)
[4791] İmam Xumeyni (rəhmətullah). Təhrirul-Vəsilə, 2-ci cild, səh-336.
[4792] İmam Xumeyni (rəhmətullah). Təhrirul-Vəsilə, 2-ci cild, səh-494
106[4793] Əbdur-Rəhman-Əl-Cəziri, Əl-Fiqhi əla məzahibil-ərbə, 5-ci cild, səh-424, Əbu Hənifə şiə alimləri kimi bu hökmdə kişi ilə qadın arasında fərq qoyur. (Əbu Bəkr Əl-Kaşani, Bidayəul-Sənaye, 7-ci cild, səh-135) Həsən Bəsri tövbəyə dəvəti qəbul etmir. İbni Qudamə, Əl-Muğnə, 10-cu cild, səh-76)
[4794] Əhdi-Qədim, səfər toriyəe müsənna, 130-cü fəsl, Müqəddsə kitab, Vilayəm Gelenin fars dilinə tərcüməsi, darul-Səltənət, London, 1856, səh-357, Əl-Kitabul Müqəddəs, darul-məşriq, Beyrut, səfər- təsniyə -əl-iştra, 13-cü fəsl, səh-379, Əhdi-Cədid, Müqəddəs Kitab tərcüməsi təşkilatı, tehran, 1357 şəmsi ili, səh-305
[4795] Əlbəttə bəziləri mürtədliyin hökmünü hədd yox təzir kimi qələmə verir və islamda bu ölüm hökmünün necəliyinin bəyan olmamasını qeyd edirlər. Ona görə də bu nəzəriyyədə verirlər ki, mürtədlik böyük günah olmasına baxmayaraq həddi ölüm deyil. (mənbə) Hüseynəli Müntəziri, Dirasatu fi vilayətil fəqih və fiqhud-dövlətil islamiyyə, 3-cü cild, səh-387, həmçinin, İsa Vilayəti, İslamda mürtədlik, səh-129-148.
[4796] Allah-taala Quranda buyrur: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər)” (Bəqərə surəsi-286.)
[4797] “(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır.” (Həcc surəsi-32)
[4798] “Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!” (Maidə surəsi -2)
[4799] “Kitab-əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Möminlərə nazil edilənə (Qurana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (möminlər öz dinlərindən) üz döndərsinlər.” (Ali İmran surəsi-72)


more post like this