Sual: 65. Minik maşınına xüms düşürmü? Motosiklet və velosibet necə?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər qazanc vasitəsi deyilsə, ona ehtiyac varsa, həmçinin özü və ailəsinin şəninə uyğundursa xümsü yoxdur.

Qeyd: Məsələ o hala aiddir ki, nəqliyyat vasitəsini həmin ilin qazancından əldə etsin.

Sual: 66. İş qazancından əldə edilmiş, bəzən şəxsi, bəzən isə yük daşımaq, kirayə və qazanc üçün istifadə olunan nəqliyyat vasitəsinə (məsələn, minik maşını və yük maşını) xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Şəninə uyğun olan və şəxsi ehtiyacları üçün istifadə etdiyi hissəsinə xüms düşmür. Lakin qazanc məqsədi ilə istifadə olunan hissəsinə xüms düşür.

Qeyd: Misal üçün nəqliyyat vasitəsinin dəyəri üç milyon manatdır. Bir şəxs ilin yarısını bu vasitədən qazanc məqsədi ilə istifadə etmiş, qalan altı ayı isə şəxsi ehtiyaclarına sərf etmişdir. Xüms ili tamamlandıqda nəqliyyat vasitəsinin dəyərinin yarısının xümsünü verməlidir. (Üç yüz min manat)

Qeyd: Əgər nəqliyyat vasitəsini özü və ailəsinin yaşayış ehtiyacları üçün alıbsa və bəzən təsadüf olaraq onunla qazanc əldə edirsə, xümsü yoxdur.

Sual: 67. İşçi maaşımdan minik maşını almışam ki, onunla qazanc əldə edib dolanışığımı idarə edəm. Çünki dolanışığım, üçün işçi maaşım kifayət etmir. Bu maşına xüms düşürmü?

Cavab: İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayəyə xüms düşür. Əgər onun xümsünü verdikdə (hərçənd hissə-hissə) qalan hissə ilə dolanışığın idarə edə bilməzsə xümsü yoxdur.

Nuri, Təbrizi və Behcət: Sərmayənin (maşın) dolanışığın idarəsi üçün zəruri olan miqdarına xüms düşmür. Lakin qalan miqdarın xümsü verilməlidir.

Safi və Vəhid: Sərmayəyə xüms düşür. Əgər xümsü ödədikdə dolanışığını idarə edə bilmirsə, şəri hakimə ödəyib sonradan ondan borc götürə bilər.

Qeyd: Əlbəttə, maşınla işləməkdən əldə olunan qazanca xüms düşür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this