Cavab: Aydın məsələdir ki, belə bir çətin yolda əxlaq ustadının olması zəruridir. İlkin surətdə insanın əxlaq ustadı Allah- Taala özüdür. Çünki, insanı ilk gündən fitrətin (daxilən) vasitəsi ilə yaxşılıqlara doğru sövq etmişdir. Həmçinin bu yolda insanlara yardımçı olaraq Peyğəmbərlər də göndərmişdir. Əgər bu yolda bundan əlavə əməlləri saleh və mömin bir əxlaq ustadı insanın qarşısına çıxarsa gərək ondan da öz mənəvi hədəflərində istifadə etsin. Amma belə bir insan, ustad insanın qarşısına çıxmazsa bu yoldan əl çəkmək lazım deyil. Əksinə insan bildiklərinə əməl etməlidir ki, Allah- Taala da bu yolda olan məchulları onun üçün açıqlasın və bu ilahi nemətdən istifadə edə bilsin. Əgər bütün ilahi vacibatlara əməl etsək və günahın tərkinə söz versək Allah- Taala hər gün bizim üçün yeni qapılar açar.
NUR-AZ.COM


more post like this