Məşhədi Ağasəlim Əmri

Nədi dünya düşə üstündə onun cəngü cədəl?

Hər kəsin əqli ki,var qoymaz ona zərrə məhəl.

Harda can tapşıracaq sahibinə,kim nə bilir?

Düz deyiblər: yerini heç kəsə bildirməz əcəl.

Əql kim,nəfsə əsir oldu təəccüb etmə,

Gər həlal əhlinə söylərsə haram əhli əfəl.

Qəlbi ki,vəsvəsəxanə ola bir şəxsin əgər,

Görünər çirkin əməllər ona əlbət tə gözəl.

O evin olmağı bərbad məgər mümkündür?

Pak niyyət ola daşı həm Əli eşqi təməl.

Əbədi kar olana zərrəcə tə`sir etməz,

Nə qədər gər deyəsən* Həyyə əla xeyril əməl*.

 

Kimsə dünyanı tutub qalmadı, Əmri, əbədi,

Ya şəh ol ya ki nökər,getməlisən axir əzəl.

 

Nəsihət

Düşmə dünyadə,oğul,qəflətə,ol əhli-nəzər,

Agəh ol,ömr qənimətdir,onu etmə hədər.

 

Xoş əməl saxla özündən gələcək nəsl üçün,

Ki,deyilsin sənə rəhmət,nə qədər var o əsər.

 

Dost bilirsən yetəni,çün ki,hələ qafilsən,

Get-gedə dərk edəcəksən ki,vəfasızdı bəşər.

 

Təkcə Allahdır əsil dostun,ona bel bağla,

Çətin anlarda çün imdadına ancaq o yetər.

 

Ona qıl səcdə və ondan kömək istə daim,

Həsbunəllah,güvən Rəbbivə,ondandı zəfər.

 

Bil Əliyyibni Əbutalibi mövla özüvə,

Ki,Onunla gələsən məhşərə,ey cani-pədər.

 

Qoyma iblis əkə qəlbində təkəbbür toxumun,

Sadə ol,sadə dolan,sadəlik etməkdi hünər.

 

Qəlbinin zikri təvəkkəltu ələllah olsun,

Naümid olma sənə versə üz aləmdə kədər.

 

Boynunun şah damarından da yaxındır O sənə,

Sənə ancaq sənə lazım olanı qismət edər.

 

Eylə Allahə ibadət ki,hüzurunda Onun,

Hər qədər ki,əyilirsən,ucalırsan o qədər.

 

Çalışar gəlməyə şeytan sənə hər nahiyədən,

Rəhbərin gər ola Qur`an,sənə verməz o zərər.

 

Aləmin vaizi zati-əhədiyyət özüdür,

İstəsən moizə gərçi,sənə Qur`an bəs edər.

 

Qoru imani,həyani,ədəbi,şəxs gərək

Batinən olmaya,zahirdə fəqir olsa da gər.

 

Bil bu dünya duracaq yer deyil,aldanma ona,

Burda azuqəni yığ,var hələ qarşında səfər.

 

Nə desən zahir olar şübhəsiz imansızdan,

Xeyri yox zərrəcə,bu taifədən eylə həzər.

 

Əmrinin həq sözünü eylə qəbul,aləmdə

Çalış adəm kimi ömr eyləməyə şamu səhər.

 

Münacat

 

 

Əsmayi-paki xəstələrə,ey olan dəva,

Zikrin nəsib qıl bizə ta kim,bulaq şifa.

Səndən səvayi yoxdu bizim bir pənahimiz,

Qoyma bizi ki,səndən ayırsın günahimiz.

Bəxş et nicat aləmə zülmətdən,ey Xuda,

Nuri-hidayəti bizə,rəhm eylə,qıl əta.

Ey rəhmətiylə bəndələrin dəf edən qəmin,

İğfirləna bilütfikə,ya Rəbbəl aləmin.

Lütfündən eyləmə bizi qəhrinlə sən cüda,

Ya Rəb,bihəqqi nurikə nəvvir qlubəna.

Ver nur Əmrinin nola sönmüş çirağinə,

Kim,qarə üzlə gəlmiyə məhşər ayağınə.

 

Hacı Yaşar Cahid Nardaranidən

Təzmin

Gələr inşaəllah

 

 

Ey könül,Sahibi-dövran gələr inşaallah,

Ağamın adına qurban,gələr inşaallah*.

 

Bunca məzlumlərin qətlinə fərman verənin,

Özünün məhvinə fərman gələr inşaallah.

 

Məhdiyəm,gəlmişəm ədl ilə qoyum son zülmə,

Bu nida Məkkədən,ey can,gələr inşaallah.

 

Şübhə yox məhv olacaq batil əgər həq gəlsə,

Buyurub çün Özü Sübhan,gələr inşaallah.

 

Pis günün ömrü olar çün ki az,ey xəstə könül,

Səbr elə,dərdivə dərman gələr inşaallah.

 

Əccələllahu təala fərəcəh,ey Əmri,

Naümid olma,o Sultan gələr inşaallah.

 

*İşarə olunmuş misra Hacı Yaşar Cahid Nardaraninindir

 

* * *

 

 

Naşad ürəyim sənsiz,inan,şad ola bilməz,

Bərbad könül,gəlməsən abad ola bilməz.

 

Bənd oldu qəra zülfünə,can verməsə,ey şux,

Divanə bu zəncirdən azad ola bilməz.

 

Xoşdur bizə divanə desinlər sənə xatir,

Eşq əhlinə bundan da uca ad ola bilməz.

 

Mümkün deyil eşq içrə hər aşiq ola kamil,

Ta eyləməsə dərd ona imdad ola bilməz.

 

Hər gün yelə min dağ verir tişeyi-ahim,

Yüz il qala nisbət mənə Fərhad ola bilməz.

 

Sözsüz təzə söz söyləmək,Əmri,hünər istər,

Hər əldə qələm saxlayan ustad ola bilməz.

 

Qit`ə

 

 

Çox zikr edin Allahı,ey iman gətirənlər,

Təsbih edin ol Zati-şərifi səhər-axşam.

 

Bir qəlb ki,Rəbbin unuda,rahəti olmaz,

Allahını zikr etmək ilə qəlb olar aram.

 

Zülm etdiyi hər gün bəşərin matəmidir,bil,

Zülm etmədiyin gündür,ey insan,sənə bayram.

 

Ey qafil,ibadətdisə məqsəd yaranışdan,

Gəl həqqə ki,tərk etməyəsən aləmi nakam.

 

Dünyayə müsəlmanlığı göstər əməlində,

Dərk eyləməyən dərk edə ta ki,nədir islam.

 

Mən bikəsi nəfsim elədi qərq günahə,

Gəl sayə qiyamətdə mənə,ya Əbəl əytam.

 

Ver qəlbivə sən tövbə suyu ilə təharət,

Ta Həqq edə,Əmri,sənə hikmətli söz ilham.

 

* * *

 

 

İbtidasız ibtidasən, intəhasız intəha,

İbtidayə intəhasən, intəhayə ibtida.

 

Qaziyəl hacatsən,möhtacdir aləm sənə,

Məhzərində fərq qılmaz ya şəh olsun ya gəda.

 

Məhv olar xilqət əgər çəksən bir an ondan nəzər,

Rəhmətindəndir yəqin mövcud xilqət, ey Xuda!

 

Kulli ayat eyləyir təsbih əqdəs zatını,

Ali sənsən, Baqi sənsən, yox şərikin, Rəbbəna!

 

Hadiyi-məcmu`i-xilqətsən,Rəşidi-binəzir,

Olmasa irşad səndən, hiç kim bulmaz hüda.

 

Ruhi-tovhid ilə qıl ehya bu cansız qəlbimi,

Ey ölü topraqə can bəxş eyləyən,mö’cüznüma!

 

Lütfün ilən qıl mübarək,Əmrinin nitqin,nola,

Olmasın sübhü məsa ta virdi ismindən səva.

 

Əssəlam.

Ya Huseyn,Mövla Huseyn!

 

 

Əssəlam,ey padişahim,ya Huseyn!

Əssəlam,ey zinəti-dünya Huseyn!

Əssəlam,ey canfəda mövla Huseyn!

Əssəlam,ey zadeyi-Zəhra Huseyn!

Əssəlam,ey mənbeyi-təqva Huseyn!

 

Əssəlam,ey izzu şövkət mənbəyi,

Qeyrətu iyman,muruvvət mənbəyi,

Yari-məzluman,səxavət mənbəyi,

Sən fəzilət,ilmu hikmət mənbəyi,

Dəhrdə yoxdur sənə həmta,Huseyn.

 

Yarinin,ey imtəhanindən keçən,

Eşq ilə hər damla qanindən keçən,

Həqq üçün öz xanimanindən keçən,

Eşq səhrasində canindən keçən,

Qanla tariyxə çəkən imza Huseyn.

 

Canın,ey cananə qurban eyləyən,

Dildə təkbir əzmi-meydan eyləyən,

Ey cidadə zikri-Sübhan eyləyən,

Eşqinə dünyanı heyran eyləyən

Ey verən canin susuz,tənha Huseyn.

 

Əssəlam,ey Padişahi-Kərbəla,

Əssəlam,ey nuri-eyni-Mustafa,

Həqqə can verməkdə sən gördün səfa,

Həq nəsib etsin,sənə canin fəda

Eyləsin bu Əmriyi-şeyda,Huseyn.

 

Mədhi-dilbər

 

 

Açıb üzdən niqab, ey mahpeykər,

Cəhani nurə qərq eylə sərasər.

 

Cəmalin müshəfi-Həqqi Təala,

Xətin Vəlleyl, üzün Vəşşəmsə bənzər.

 

Şəha,sənsiz bəşər bulmaz hüda kim,

Günəş mislindədir dünyadə rəhbər.

 

Mübarək məqdəminlə dəhrə ver tab,

Ey övladi-şəhi-şəhri-münəvvər.

 

Müəzzin qamətin hər yad edəndə,

Düşür,ey sərvqamət, yadə məhşər.

 

Cəmalindən təzahür qıldı cənnət,

Ləbindən oldu cari abi-kövsər.

 

Təəccüblə deyər hüsnün görənlər,

Mələksən ya bəşər? Allahu əkbər.

 

Ölüncə,Əmri,et vəsfi-Muhəmməd,

Verir əş`arə zivər mədhi-dilbər.

google.com


more post like this