(Əmmə Yətəsaəlun)
İmam Baqir (ə) buyurdu: Hər kəs “Əmmə yətəsaəlun” surəsini oxusa, və onu hər gün oxumağı davam etdirsə, bir il keçməz ki, Allahın evinin ziyarətinə nail olar, inşaallah.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Əmmə yətəsaəlun” surəsini oxuyan kəsi Allah Qiyamət günündə sərin şərab-larla sirab edər.
Hər kəs bu surəni yazıb özündə saxlasa yuxusu azalar, Hafizəsi çox olar. Həmçinin bu surəni oxuyub əzbər edən kəsi qüvvətli edər.


more post like this