Cavab: Atıq elmi şəkildə sübut olmuşdur ki, yer kürə formasındadır. Ay yer ətrafında təqribən ayda bir dövr edir. Ona görə də o bəzən hilal, bəzən bədr, bəzən tərbi (dörd yerə böyünmüş), bəzən də mühaq vəziyyətini alır. Ayın günəşə tərəf olan hissəsi daim işıqlıdır. Ayın, günəşin və yerin bir-birinə nisbətdə tutduğu mövqeyə görə bəzən ay tamam işıqlı (bədr), bəzən isə başqa formalarda görünür. Yer kürə formasında olduğundan qərb məntəqələrində ay daha tez görünür. Şərq məntəqələrində isə ayın görünməsi yubanır. Deyilənləri sadə bir misalla aydınlaşdırmaq olar. Elektrik lampası ilə gözlərimiz arasında bir futbol topu asaq. Əvvəlcə bu topun bizə tərəf qalan hissəsi tam qaranlıq olur. Əgər meylli şəkildə qabağa getsək topun bir hissəsi işıqlanmağa başlayır. Demək, biz yerimizi dəyişdikcə top bir növ görünməyə başlayır. Hansı ki, o daim yerindədir, sadəcə topun işıqlanma vəziyyəti dəyişir. NUR-AZ.COM


more post like this