Cavab: Bildiyimiz kimi, yer günəş ətrafında yumurtavari trayektoriya üzrə hərəkət edir. Bir günəş ili müddətində günəş bu ellipsvari dairənin bir başından o biri başına hərəkət edir. Ona görə də günəşlə yer arasındakı məsafə daim dəyişir. Yerin günəşə ən yaxın məsafədə olduğu nöqtə həziz, ən uzaq məsafədə olduğu nöqtə isə zirvə adlanır. Cazibə qanununun təsiri ilə yer zirvədən həzizə doğru hərəkət etdikcə onun sürəti get-gedə artır, əks istiqamətdə hərəkət zamanı isə sürəti azalır.
Demək yerin günəş ətrafında hərəkəti bərabər sürətli deyil. Saat əqrəbləri isə eyni sür ətlə hərəkət edir. Saat əqrəblərinin hərəkət sürəti yerin hərəkət sürətindən fərqləndiyi üçün arada fərq yaranır. Əgər günorta vaxtı saata baxsaq, ya on ikiyə qalır, ya da on ikini keçib. Deməli, həqiqi günorta saat günortasından fərqlənir. Bu fərq iyirmi iki bəhmən tarixində ən böyük qiymətini alır.
İl boyu həqiqi saatla rota saat arasında fərq mövcud olur. Təbii ki, bu fərq günəşin tülu və qürubu zamanı da nəzərə alınmalıdır.
NUR-AZ.COM


more post like this