İslamda irsin bölümünə əsasən, qadına bir pay, kişiyə isə iki pay çatır. Bunun səbəbi qadının güzaran və xərcinin kişinin öhdəsinə düşməsilə əlaqədardır. Burada yenə də qadınların emosiyonal, kişilərin isə rasional olması nəzərə alınmışdır.
İzah: Hər əsrdə yer üzünün sərvəti o əsrdə yaşayanlarındır və sonra gələn nəsillər isə onların varisi olur. Qadınla kişinin sayı həmişə fərqli olduğu üçün İslamda irsin üçdə ikisi kişiyə və üçdə biri isə qadına çatır. Bununla belə, qadının xərci kişinin öhdəsinə düşdüyü üçün o, ərinin payının yarısına şərik olur.
Deməli, qadın irsin üçdə birinə malik olsa da, onun istifadəsi zamanı yenə ona üçdə ikisi qismət olur, kişiyə isə üçdə biri çatır. Beləliklə, yalnız mülkiyyət baxımından irsin üçdə ikisi təfəkkür sahibinin, üçdə biri atifə sahibinindir, istifadəsinə gəldikdə isə, əksinə üçdə ikisi qadının, üçdə biri isə kişinindir. Bu isə ən gözəl bölgüdür.
Bundan əlavə, belə bölgünün ailənin təşkilinə mühüm faydaları vardır.


more post like this