Bəli, İslam alimlərinin nəzərincə, əgər bir şəxs öz arvadını üç dəfə boşamışsa, həmin qadınla dördüncü dəfə evlənməzdən qabaq o qadın başqa kişi ilə izdivacda olmalıdır. İkinci kişi həmin qadını boşadıqdan sonra qadın əvvəlki əri ilə ailə qura bilər.
Bu məsələ də bir çox İslam hökmləri kimi tərbiyəvi xarakterə malikdir. İslam belə bir qanun vasitəsi ilə boşanmanı oyuncağa çevirənlərin, eləcə də, boşanmanın qarşısını almaq istəyir. Arvadını üçüncü dəfə boşamaq qərarına gəlmiş insan onunla yenidən evlənməyin çətinliyini nəzərə alaraq, bu boşanmanı təxirə də sala bilər. Üçüncü boşanmadan sonra yenidən evlənmək üçün problem yarandığından, adətən, insanlar üçüncü boşanmadan vaz keçirlər. Arvadını üçüncü dəfə boşamaq istəyən kişi istər-istəməz düşünür ki, əgər yenidən nikaha girmək istəsə, çox böyük problemlərlə üzləşəcək. Əvvəla, onun qadını başqa biri ilə izdivacda olmalıdır, ikincisi həmin şəxs qadını boşamağa razılaşmalıdır.
Uyğun qanun kişilərdə qeyrət hissi oyandırır. Üçüncü təlaqdan sonra qadının başqa kişi ilə izdivac edəcəyini düşünən kişi bunu özünə sığışdırmır. İslam bu yolla kişilərin qeyrət hissini hərəkətə gətirir və bu yolla mövcud nikahı qoruyur. NUR-AZ.COM


more post like this