Cavab sadədir: körpənizin əmmək ehtiyacı ödənməmişdir.
Siz körpənin barmağını onun ağzından çıxarmaqla ona kömək edə bilməyəcəksiniz. O, əmmək istəyir və təsadüfən öz barmağını tapıb. Hər dəfə onun barmağını ağzından çıxarmağı sizə tövsiyə etmirəm. Amma yuxuda olduğu vaxt barmağını ağzından çıxara bilərsiniz. Uşağı sakitləşdirmək üçün onu yelləmək, qucağa almaq, hətta yanında dayanmaq da faydalı ola bilər. Bu işlər onun diqqətini öz barmağını əmməsindən yayındıra bilər.


more post like this