Cavab: Müsəlmanların duasından sonra yağışın yağmamısı, lakin xristianların duasından sonra yağması mövzusu bir çoxlarını islam dininin haqq olması barəsində şəkkə salmışdı. Mütəvəkkilin yadına düşdü ki, təkcə zindanda olan imam Həsən Əskəri bu sual və şübhəyə cavab verə bilər. O, həzrəti zindandan çıxardandan sonra dedi:EyƏba Məhəmməd! Cədinin dininin haqq olduğunu aydınlaşdır. Altıncı gün xristianlar özlərinin ruhani-ləri ilə birlikdə səhraya getdilər. imam Həsən Əskəri (əleyhissalam) öz qulamlarından birinə dedi: Sən də xristianların arasına get. Onların ruhanisi Casiliq əllərini qaldırıb dua edəndə, özünü onun yanına çatdır. Sağ əlinin iki barmağının arasında olan şeyi götürüb özünlə gətir. O qulam xristianların arasına getdi və Casiliq dua üçün əlini qaldıran zaman qulam onun sağ əlinin iki barmağının arasında olan rəngsiz sümüyü götürüb dərhal imamın yanına gəldi. O gün xristianlar nə qədər dua etsələr də yağış yağmadı. Mütəvəkkil imamdan soruşdu: Bu nə sümükdür və onun sirri nədir? imam buyurdu: “Bu sümük Peyğəmbərin qəbrindən götürülüb. Hər zaman bu sümüyü göstərirdilərsə yağış yağırdı. [4783] Beləliklə, o gün müsəlmanlar və islam xristianlarının yanında xüsusi əzəmətə sahib oldular. NUR-AZ.COM


more post like this