Cavab: İmam (ə) Mədinədə olduğu vaxt Müaviyənin ölümü ümumi şəkildə elan olunmamışdı. Bundan əlavə hələ ki, xalq Yezid hakimiyyətinin necə olacağını dərk etmirdi. İmam Hüseyn (ə), Əbdüllah ibn Zübeyr, Əbdüllah ibn Ömər, Əbdürrəhman ibn Əbubəkr kimi şəxslər Yezidin şərabxor, itbaz və meymunbaz olduğunu bilsələr də, xalqın çoxu Müaviyənin təbliğatının təsiri ilə hələ o ölməmiş oğluna beyət etmişdilər.[4609]
İkinci bir tərəfdən Mədinə qiyam üçün münasib yer deyildi. Mədinə əhlinin böyük bir hissəsi Əhli-beyti sevsə də, bu sevgi fədakarlıq həddində deyildi. Maraqlıdır ki, beyəti pozanlarla da döyüş üçün Mədinə əhlindən kömək istəyən həzrət Əli (ə) də onlardan müsbət cavab almamışdı. Həzrət (ə) bir neçə minlik müxaliflərə qarşı dörd yüz nəfərlik dəstə ilə vuruşmağa məcbur olmuşdu.
Həzrət Peyğəmbərdən sonra Mədinə Əbubəkr və Ömərin siyasətinə tabe olmuşdu. Belə ki, Peyğəmbərdən sonra Ömərin şurasında Mədinənin nümayəndəsi olan Əbdürrəhman ibn Of belə bir şərt qoydu: hökümət həzrət Əliyə (ə) bu şərtlə verilə bilər ki, o, Əbubəkr və Ömərin yolunu getsin. Lakin həzrət Əli (ə) bununla razılaşmadı.[4610]
Həzrət Əlinin (ə) xilafətə çatmasında da Mədinə əhli elə də mühüm rol oynamadı. Müxtəlif İslam ölkələrindən, xüsusi ilə, Kufədən gələn mühacirlər Həzrətin (ə) xilafətini israr edirdilər.
Qüreyşin müxtəlif qəbilələrindən olanlar, eləcə də, Mərvan və ailəsi kimi əməvi quldurları Mədinədə böyük nüfuza malik idilər. Şübhəsiz ki, bu adamlar imam Hüseynin (ə) hər bir hərəkətinə qarşı tədbir görürdülər.
Kufə, Bəsrə, Şam kimi böyük şəhərlərlə müqayisədə Mədinənin əhalisi çox az idi. Bu cəmiyyətin kiçikliyi böyük və taleyüklü bir qiyam qaldırmaq üçün maneə idi.
Tarixi gerçəkliklər sübut edirdi ki, Mədinə qiyam qaldırmaq üçün əlverişsiz yerdir. Bu şəhərdə mərkəzi hökumət əleyhinə qaldırılan qiyam elə əvvəcədən məğlubiyyətə məhkum idi. Qəməri tarixi ilə 63-cü ildə Mədinə də Yezid hökumətinə qarşı qaldırılmış qiyam az bir zamanda yatırıldı. Eləcə də H.Q. 165-ci ildə ələvi Məhəmməd ibn Əbdüllahın, H.Q. 169-cu ildə Hüseyn ibn Əlinin qaldırdığı qiyamlar məğlubiyyətə düçar oldu.
Mədinə əhlinin keçmişi açıq-aşkar bildirirdi ki, onlar Əhli-beyti (ə) əməvi hökumətindən qorumağa hazır deyillər. İllər uzunu bu şəhərin minbərlərindən Müaviyənin təhriki ilə həzrət Əlinin (ə) lənətlənməsi, Mədinə hakimlərinin imama ünvanlanmış çirkin sözləri öz işini görmüşdü. Mədinə əhli deyilənlərin yalan olduğunu bilsə də, səsini qaldırmağa cürət etmirdi. Əməvi quldurlarının siyasətinə Əhli-beyt üzvləri, xüsusi ilə də imam Hüseyn (ə) müqavimət göstərirdi. Bununla belə, onlara yardım əli uzadan tapılmadı.[4611]
Mədinədəki əməvi hakimi Vəlid ibn Ütbə şəhəri ciddi nəzarət altında saxlayırdı. Bir qiyamla cilovu onun əlindən almaq mümkünsüz idi.
NUR-AZ.COM


more post like this