Sadalanan hallarda qılınan namazla bağlı iki xüsusi nöqtə var:
1. Günəşin, ayın, bütün günəş sisteminin insanların nəzərində heyranedici bir nizamı var. Günəş öz qızılı şəfəqləri ilə təbiətə həyat verir, ay öz dəqiq hərəkəti ilə zaman ölçüsünü müəyyənləşdirir və gümüşü nuru ilə gecənin qaranlığını parçalayır.
Qədim zamanlarda bu mühüm əlamətlər öz əzəməti ilə insanların zehnində iz qoymuş və onlar zahirən dünyaya hakimlik edən bu səma cismlərinə pərəstiş etmişlər. Səma cismlərinin əzəməti onlarda elə bir təsəvvür yaratmışdı ki, varlıq aləminə hakim olan Allah günəşdir və ya aydır.
Tövhid qəhrəmanı həzrət İbrahim (ə) səma cismlərinin varlıq aləmindəki qanunlara tabe olduğunu önə çəkməklə həmin insanların əqidələrinə böyük bir zərbə vurdu. Həzrət İbrahim sübut etdi ki, şərqdən çıxıb qərbdə batan günəş və digər səma cismləri varlıq aləmini yaradanın qanunlarına tabedirlər.
Səma cismlərinin qürub etməsi onların məhdud bir varlıq olmasının ən böyük nişanəsidir. Onlar hətta varlıq aləmini işıqlandırmaqda da azad deyillər. Bütün bunlar onların yaradılmış olduğunu göstərir.
Günəş və ay tutulması da onların məxluq olmasının digər bir nişanəsidir. Uyğun hadisələrdən aydın olur ki, onlar öz işıqlarını yamaqda belə ixtiyar sahibi deyillər. Məsələn, ay günəşin qarşısını kəsərək, onu pərdə arxasında qoyur. Günəş və ay tutulması da onların yaradılmış olmasının aydın nişanələrindəndir. Onlar mütləq bir iradə qarşısında məhkumdurlar.
Günəş və ay tutulması hadisəsi insanın qəlbində varlıq aləmini yaratmış Allaha iman doğurur. İnsan açıq-aşkar görür ki, günəş də, ay da böyük qüdrət sahibinə tabedirlər. Belə bir məqamda qəlbdə şölələnən imanı əməl meydanına çıxarıb, ayət namazı qılmaqla batini əqidəmizi izhar etməliyik.
Tövhid qəhrəmanı həzrət İbrahim günəşin batmasından müdrik bir nəticəyə gəldi və belə dedi: “Mən üzümü göyləri və yeri yaratmış kəsə tutmuşam. Mən öz imanımda xalisəm və müşriklərdən deyiləm.”
2. Eləcə də, səmada yeni, qeyri-adi, qorxunc hallar yarandığı vaxt insanlar bəzi xürafi işlər görməklə həmin hadisələrin təsirini azaltmağa çalışırdılar. İslam ayət namazını təyin etməklə insanları xürafatdan çəkindirdi və onların düşüncəsini bütün hadisələrin mənbəyinə yönəltdi. Ayət namazı həm də qorxunc hadisələr qarşısında insana rahatlıq verir.
NUR-AZ.COM


more post like this