Sual:
(2 Sufiler hansi mezhebden olurlar?
Cavab: Sufi və Sufilik kəlməsinin meydana gəlməsi və onlara belə bir adın verilməsi haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bə’ziləri deyirlər: Sufilik – Suffə əhlinə mənsub olan addır və bu söz oradan meydana gəlmişdir. Suffə əhli, Hicrətdən sonra Peyğəmbər məscidinin kənarında qurulmuş kiçik düşərgədə yerli əhalinin yardımı ilə yaşayan, olduqca yoxsul müsəlmanlara verilən addır. Lakin belə bir ehtimal tamamilə səhvdir. Çünki Suffə sözünün mənsubiyyət forması sufi deyil, «səffiyy» kəlməsidir. Bə’ziləri Sufi kəlməsinin Səfa sözündən götürüldüyünü, digərləri də onu olduqca təqvalı və zahidanə həyat tərzi keçirən ərəb qəbilələrindən olan Bəni-Sufəyə verilən ad hesab etmişlər. Başqalarının fikrincə, Sufə sözü ilk dəfə ömrünü Allaha xidmət üçün vəqf edən Ğovs ibni Mərrəyə verilən ləqəbdir. Bu səbəbdən də Allaha qovuşmaq istəyən zahidlər ona oxşadılaraq belə adlandırılmışlar. Bə’ziləri isə Sufinin Sufanə kəlməsindən götürüldüyünü zənn etmişlər. Sufanə nazik və kiçik bitki növüdür. Sufilər bitkilərdən hazırlanmış az yeməklərlə kifayətləndikləri üçün onlara belə bir ad verilmişdir. Lakin bu ehtimal da olduqca batil və əsassızdır. Çünki Sufani kəlməsinin mənsubiyyət forması Sufi deyil, Sufaniyydir. Verilən nəzəriyyələrdən həqiqətə daha yaxın olanı Sufi kəlməsinin yun mə’nasını daşıyan Sovf kəlməsindən götürülməsidir. Belə bir mə’naya əsasən Sufi «yun paltar geyinən» mə’nasını daşıyır. Çünki o zamanlar yun paltar ən ucuz və ümumi kütlənin geydiyi libaslar olmuşdur. Yoxsul və gəliri az olan təbəqə, dünya malına və onun bərbəzəyinə göz yuman, zahidanə həyat tərzi keçirən abidlər də adətən yun paltarlar geyinərdilər. Bu səbəbdən də onlara Sufi adı verilmişdir. Əbu Nəsr Sirac özünün «Əl-ləm’ fit-təsəvvuf» (Sufi məsləkinin ən qədim kitabı sayılır) adlı kitabında deyir: «Yun paltarlar geyindikləri üçün onları Sufi adlandırırıq. Peyğəmbərlərin, əməli-saleh insanların, həvari və zahidlərin geydikləri də yun paltarlar olmuşdur.» Sirac daha sonra belə bir sual verir. Nə üçün Peyğəmbərin (s) zamanında yaşayan dərviş və zahid insanlara Sufi deyilmirdi? Özü sualın cavabında deyir: «Peyğəmbərin (s) tərəfdarlarına səhabə deyilirdi. Mə’lum məsələdir ki, Allah peyğəmbərinin səhabəsi olmaq sufilikdən olduqca üstün və şərəflidir.» Söhbətinin davamında deyir: «Sufi kəlməsi Həsən Bəsrinin dövründən istifadə olunmağa başladı. Onun ifadəsinə diqqət yetirin: Kə’bəni təvaf edərkən (bir nəfər) sufi gördüm, ona bir qədər pul vermək istədim. Bundan imtina edib dedi: Özümdə bir dirhəmdən az var və o mənə kifayət edər.» Həsən Bəsrinin Hicrətin 110-cu ilində vəfat etdiyini nəzərə alaraq, deyə bilərik ki, Sufi kəlməsi ən azı ikinci əsrin əvvəllərində işlənmişdir. Əlavə məlumat üçün “Haqq yolu” kitabxanasında “İslam məzhəbləri ilə tanışlıq ” kitabının “Əlli dördüncü dərs”inə müraciət edin.
Sual:
(3 Salam Aleykum.Meni bele bir sual maraglandirir….indiki zamanede insanlarin ekiseriyeti hiyle ger , dagarlanirlar,lovgalanirlar,takeburleniler ozderinen cox razi dilar.Eger momin bele bir insanlarin ehatesindedirse ,hergun rasla$irsa , ozun nece aparmalidi.Yani ozunu mehriban,guler uz gosterse bunan meharetle isdifade edacekler.Bes bele bir $arayitde muselman momin nece ozun aparmalidi.Evelceden cox sagolun.
Cavab: Hədislərdə deyildiyi kimi mömin şəxs zirək olmalıdır. İmam Əli (ə) buyurur, dəvə balası kimi olun ki, nə sizi minə , nə də sağa bilsinlər . Bizə Peyğəmbərin (s), imamların müxtəlif vaxtlardakı rəftarları örnək olmalıdır. Onların zalımlarla, müşriklərlə necə davrandıqlarına diqqət yetirməliyik. Mehriban, gülərüzlü olmaq heç də insanın öz hüquqnu əldən verməsi deyil. Əgər hiyləgər, zalım, lovğa birisi kimsənin hüququnu pozmaq istəyirsə, bunun qarşısı qətiyyətlə alınmalıdır. Hədislərdə deyildiyi kimi, təkəbbürlü şəxslərin qarşısında təkəbbürlü olmaq ibadətdir. Hər bir halda isə İslamın qanunlarına riayət edilməlidir.
Sual:
(4 Nə üçün irsdən kişinin payı qadından ikiqat çoxdur?
Cavab: Günəmuzd işləyən fəhlənin maaşı rəsmi işçinin maaşından çox olur. Bu o demək deyil ki, fəhlə işçidən daha şəxsiyyətlidir. Sadəcə günəmuzd fəhlədən fərqli olaraq rəsmi işçi məzuniyyətə çıxır, təqaüd alır, idarənin verdiyi başqa hüquqlardan istifadə edir. İslamda qadının irs payı az olsa da, ailənin bütün xərcləri kişinin boynundadır. Qadın bütün xərcini ərdən alır, irs payını və mehriyyəsini yalnız özünə sərf edir.
Sual:
(5 Salam mene qufeyle namazi haqqinda melumat lazimdir,ne vaxt yaranib,savabi neqederdir.teshekur edirem
Cavab: “Ğufeylə” kiçik qəflət anlamına gəlir. İmam Sadiq atası İmam Məhəmməd Baqirdən, o da İslam peyğəmbərindən bu müstəhəb namazın fəziləti haqqında belə nəql edir: “İki rükət olsa belə, qəflət vaxtlarında namaz qılın. Bu iki rükət namaz (sizi) Cənnətə daxil edəcək”. Başqa bir rəvayətdə isə buyurur: “Qəflət vaxtında müstəhəb namaz qılın. Hətta bu iki rükət namaz olsa da belə. Çünki sizi Cənnətə daxil edəcək.” Soruşdular, ey Allahın rəsulu (s) qəflət vaxtı nə zamandır? Buyurdu: “Məğriblə İşa arası”. İmam Sadiq (ə) başqa bir hədisdə İslam peyğəmbərindən (s) nəql edir: “Məğriblə İşa arası fasilədə qılınan iki rükət ğufeylə namazını tərk etməyin”. Ğufeylə namazının qılınma qaydası: Bu namaz şam və xiftən namazları arasında qılınır. Onun vaxtı şam namazından sonra başlayır, qərbdə qızartı itənədək davam edir. İki rəkətlik ğufeylə namazının birinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ “Vəzzənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz zulumati ənla ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin” Ğufeylə namazının ikinci rəkətində “Həmd”dən sonra surə əvəzinə bu ayə oxunur: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البَرِّ والبَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ “Və indəhu məfatihul ğəybi la yələmuha illa huvə və yələmu ma fil bərri vəl bəhri və ma təsqutu min vərəqətin illa yələmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin.” Namazın qunutunda belə deyilir: اَللَّهُمَّ اِنَّى اَسألُكَ بِمَفَاتِحِ الغَيبِ الَّتِى لاَيَعلَمُهَا اِلاَّ اَنتَ اَن تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَن تَفعَلَ بِى كَذا وَ كَذا “Allahummə inni əsəlukə bi məfatihil-ğəybil-ləti la yələmuha illa əntə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təfələ bi kəza və kəza” bu duadakı “kəza və kəza” sözlərinin əvəzinə arzu-istək ərz olunur. Sonra deyilir: اَللَّهُمَّ اَنتَ وَلِىُّ نِعمَتِى وَالقَادِرُ عَلَى طَلِبَتىِ تَعلَمُ حَاجَتِى فَاسألُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيهِ وَعَلَيهِمُ السَلاَمُ لَمَّا قَضَيتَهَالِى “Allahummə əntə vəliyyu niməti vəl-qadiru əla təlibəti tələmu hacəti fə əsəlukə bi həqqi Muhəmmədin və ali Muhəmmədin ələyhi və ələyhimus səlamu ləmma kəzəytəhali”.

 

haqyolu.com


more post like this