Zənnimcə belə uşaqlar anasından kənar düşmək istəməyən uşaqlardır. Hər halda uyğun narahatçılıq səbəbsiz olmur. Uşaq elə zənn edə bilər ki, onu məktəbə göndərməklə, sadəcə yaxa qurtarmaq istəyirlər. Xüsusi ilə, evdə körpə uşaq qalarsa, məktəbə gedən uşaq ana məhəbbətindən məhrum edildiyini düşünə bilər. Uşaqların hisslərinə biganə olan qaraqabaq müəllim uşaqda məktəbə mənfi münasibət yaradan əsas amillərdəndir. İlk dərs günləri uşağı hədələyən müəllim ondakı mənfi emosiyaları birə-beş qızışdırır. Müəllimin belə rəftarından sonra bədbinləşən uşağı qınamaq olmaz.
Uşağın məktəbə mənfi münasibətinin əsasını ata-ana arasındakı ixtilaflar da təşkil edə bilər. Mümkündür ki, ailəsində ixtilaf olan uşaqlar evdən ayrıldıqları vaxt ailədəki vəziyyətə görə narahat olalar. Adətən belə uşaqların fikri dağınıq olur, müəllimi dinləyə bilmirlər. Çünki onlar evə qayıdacaqları vaxt hansı şəraitlə üzləşəcəklərini bilmirlər.


more post like this