İnsanı Allahdan uzaqlaşdıran bütün şeylər günahdır və günahdan tövbə etmək vacibdir. Günahlar iki qismə bölünür: əxlaqi günahlar və əməli günahlar.
Çirkin əxlaq nəfsi bulaşdırır və insanın kamala doğru hərəkətində maneəyə çevrilir. Nəfsdə kök atmış çirkin sifətlər insanın xarakterinə hopur. Nəfsi bu çirkinliklərdən təmizləmək zəruridir.
Əxlaqi günahlara misal olaraq riya, nifaq, qəzəb, təkəbbür, eqoistlik, zülm, yalan, tamah, böhtan kimi çirkin sifətləri göstərmək olar.
Oğurluq, qətl, zina, sələmçilik, fərarilik və s. əməli günahlara misal ola bilər.
Günahlar böyük və kiçik olmaqla da iki yerə bölünür. 40-cı dərsdə böyük günahlardan bir qismi sadalandı. İstər əxlaqi, istərsədə əməli günah böyük sayıla bilər.
Allah təala böyük günahları tərk edənlərin kiçik günahlarını bağışlayacağını vəd edir. Amma böyük günahlardan tövbə etmək vacibdir.
Amma elə günahlar da vardır ki, onları yalnız övliyalar günah kimi tanıyırlar. Məsələn, müstəhəb, yəni bəyənilmiş işi tərk etmək övliyalar üçün günah sayılır. Onlar bir fəqirin, miskinin yanından düz keçib, ona əl tutmağı özləri üçün günah hesab edir, ağlayıb-sızlayır, tövbə edirlər. peyğəmbərlərin və məsum İmamların da tövbəsi bu qəbildəndir.

http://sualcavab.ge/


more post like this