NƏ ÜÇÜN QİYAMƏT HADİSƏSİ “QİYAMƏT GÜNÜ” ADLANDIRILIB?

 

 

Əgər Qiyamət aləmində gecə, gündüz, Ay və Günəş yoxdursa, bu hadisə nə üçün “gün” sözü ilə tə”bir olunub? Çünki “gün” elə bir zaman fasiləsidir ki, günəş vasitəsilə işıqlanmış aləmdə insanlar gecə görmədiklərini aşkar, aydın görürlər. Eləcə də, dünyada gizli olan insan batini, əqidələrin əyri-düzlüyü, əməllərin pisi-yaxşısı, onların əsər-əlamətləri Qiyamətdə tam işıqlanar. Buyurulmuşdur: “İnsanın güman etmədikləri zahir olar.”

 

ÇƏYİRTKƏ KİMİ PƏRAKƏNDƏ DAĞILARLAR

 

Digər dayanacaqda hamı bir-birindən: ata oğuldan, qadın ərindən, qardaş-qardaşdan və s. qaçarlar. Qur᾽anda xalqın o günkü halı “pərakəndə pərvanələr” kimi tə”bir olunub (103-cü surə, 3-cü ayə).

“Tur” surəsində (7-ci ayə) buyurulur: “Kafirlərin gözlərindən qorxu yağar, qəbirlərindən çıxıb, məhşər səhrasında çəyirtkə tək dağılarlar.” Diqqət etmisinizmi, çəyirtkələr necə nizamsız uçur? Bə᾽zisi aşağı, bə᾽zisi yuxarı, bir dəstəsi sağa, bir dəstəsi sola uçub pərakəndə şəkildə dağılırlar. Qadınla ər də bir-birlərindən beləcə qaçar, pərakəndə olarlar. Amma bu qaçmağın faydası olmaz.

 

QİYAMƏTİN PARLAQ HƏQİQƏT GÜNƏŞİ

 

Bəli, dünya gecədir, zülmətdir. Kimsənin kimsədən, hətta öz batinindən xəbəri yoxdur. İşlərin üzərinə pərdə çəkilib. Amma Qiyamət gündür, gündüzdür. Doğrudan da gecəsiz bir gündür. Elə bir gün ki, o gün 50 min il parlayacaq, həqiqət günəşinin işığında kimliyimizi, başqalarının kimliyini anlayacağıq.

 

QİYAMƏTDƏ QORXU DAYANACAĞI

 

Dedik ki, Qiyamət dayanacaqlarından biri heyrətdir. Digər bir dayanacaq qorxudan sükutdur ki, bu baradə Qur᾽anda belə buyurulmuşdur: “Allahın qarşısında səslər kəsilər, pıçıltıdan (həm-həmə) savayı bir səs eşidilməz.” (20-ci surə, 108-ci ayə) “Səslənmək istəyərlər, amma qorxudan ürəklər boğazları tıxaclar.” (“Mö᾽min” surəsi) Digər bir dayanacaqda söhbət gedər, adamlar bir-birlərinin günahlarını, savablarını soruşarlar. (37-ci surə, 72-ci ayə)

 

 

 

http://sualcavab.ge

 


more post like this