Nə üçün İmam Zamanın (ə) zühur dövrü hələ gəlib çatmayıb?

Çünki o, 313 nəfər, nə azı və nə də çoxu hələ dünyaya gəlməyib, yəni zaman o qədər irəli hərəkət etməlidir ki, bir baxımdan hər nə qədər fəsad ilə dolsa da hakimiyyət təşkil edib İmam Zamanın (ə) rəhbərliyi altında dünyaya hökmranlıq etmək istəyən insanlar da vücuda gəlməlidir. Hələ ki, belə bir layiqli insanlar dünyaya gəlməyib.

Bəzi insanlar elə bilirlər ki, İmam Zamanın (ə) ömrü məsələsi qeyri-adi və ağıla-məntiqə sıxmayan bir məsələdir; sizin bu barədə cavabınız nə olardı?

Çoxlu sayda insanlar İmam Zamanın (ə) zühuru məsələsi ortaya gələndə deyirlər ki, bəşərin 1200 ilə yaxın ömürü ola bilərmi? Bu təbiət qanununa ziddir. Bunlar elə bilirlər ki, dünyada olan sair işlər təbiət qanunlarına- yəni bəşərin müasir dövürdə qəbul etdiyi qanunlar- tamamilə uyğundur. Ümumiyyətlə dünyada canlılar (heyvan və bitkilərin) həyatında baş verən böyük hadisələr qeyri-adi hadisələrdir, yer kürəsində həyatın ilk rüşeymləri bağlanması məsələsi biologiya elmləri prinsiplərinə uyğun bir məsələ idimi? İlk dəfə ki, yer üzündə həyat vücuda gəldi bu hansı təbiət qanununa uyğun gəlirdi?

 

 

http://sualcavab.ge

 

 


more post like this