Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını ikiqat əhəmiyyətli edən bə`zi məsələlər var:

İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi idi.

Əbdüllah ibn Cə`fər (həzrət Zeynəbin əri), Əbdüllah ibn Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi şəxsiyyətlər İmamın Kufəyə getməsinə e`tiraz edirdilər. Onlar kufəlilərin bir zaman həzrət Əli (ə) və İmam Həsəni (ə) tənha qoymalarını xatırladırdılar.

Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn Xəldun kimi tarixçilər İmamın bu seçimini siyasi səhv hesab etmişlər.

İbn Əbbas kimi şəxsiyyətlər bildirirlər ki, İmamın (ə) qarşısında Kufədən başqa Yəmən kimi seçimlər də var idi. İbn Əbbas İmam Hüseynə (ə) deyir: “Əgər Məkkədən çıxmaq qərarın qətidirsə, Yəmənə tərəf get. Orada möhkəm qalalar var və Yəmən böyük yerdir. Sən oradan öz tərəfdarlarını və təbliğatçılarını başqa yerlərə göndərə bilərsən.”

Nə üçün İmam başqa seçimlərdən imtina etdi? İmamın (ə) uyğun seçimini qeyri-şiə tədqiqatçılar qiyamın hərbi nəticəsini əsas götürərək yanlış hesab etmişlər. Amma şiə alimləri İmamın (ə) hərəkətini təhlil edərək iki nəzəriyyə üzərində dayanmışlar: şəhadət istəyi və ya hakimiyyət istəyi.

http://sualcavab.ge

 

 

 

 


more post like this