Hazırda hicab məsələsi Qərbdə geniş vüsət alır. Misal olaraq, Corc Taven, Virciniya, Meriland universitetlərində hicablı xanımların sayı gündən günə artmaqdadır.

ABNA-nın verdiyi məlumata görə, universitet müəllimi, təhqiqatçı və araşdırmaçı doktor Nəvabəxş deyir: “Qərbin gözündə qadın kapitalizm rejimində rol oynaya bildiyi müddətdə hörmətlidir. Bundan başqa hallarda isə, cəmiyyətin maraq dairəsindən çıxır və cəmiyyətdəki nüfuzunu itirir”.

Amerikalı qadın yazıçılardan biri, özünün “Regress” (tənəzzül) adlı kitabında bu irticaçılığı qəbul etmiş və yazmışdır: “Mən bir feminist olaraq elan edirəm ki, Amerika cəmiyyəti heç vaxt bu günkü kimi azad olmamışdır. Eyni halda, heç vaxt özünü bu qədər bədbəxt görməmişdir. Bu o deməkdir ki, azadlıq ona düzgün fikir və düşüncə öyrətməyib”.

O, kitabının başqa yerində yazır: “Lakin, hicabın həyat meydanına girməsilə, ana, hörmət, hətta ailə və iffətin mahiyyətinin nə olduğunu dərk etdik”.

Almaniyada vəkil olan professor xanım Yut Saşovski (Ute sashovsky) deyir: “Biz hansı əyalətdə yaşayırıqsa, həmin əyalətin qanunlarına riayət etməliyik, nəinki başqa əyalətlərin qanunlarına. Nəticə budur ki, bir əyalətin əhalisinin həmin əyalətin qanunlarına riayət etməsi, heç bir vəchlə başqa bir əyalət sakinlərinin hüquqlarının pozulması demək deyil. Bu tərtiblə, bir dinə inam bəsləyən bir şəxs, həmin dinin qanun və göstərişlərinə riayət etməyə borcludur. Onun bu əməli, başqa dinə inam bəsləyən şəxslərin hüquqlarının pozulması demək deyil. Əgər bir yerdə hicabın qadağan edilməsi qanununun qəbul edilməsini görürüksə, bu addım, başqa dinlərin lehinə olan bir dinin ardıcıllarına qarşı ayrıseçkilikdir”.

O, başqa yerdə deyir: “Mənim fikrimcə, kimsə öz dini etiqadı üzündən başını bağlayırsa, heç bir vəchlə, başqalarının hüququnu pozmur”.

Bu almaniyalı vəkil təkidlə qeyd edir: “Hicabın qadağan olunması qanunu əyalətin qanununa bənzəyir. Bu, ən böyük ədalətsizlik və qanunsuzluq sayılır. Qarşı tərəfdə isə, hicab, fəsad və cəmiyyətin dağılması önündə dayanan möhkəm maneədir. Həmcinsbazlıq kimi çirkin bir əməlin qanun vasitəsilə rəsmən tanındığı bir cəmiyyətdə, müsəlmanların öz dinlərinin ən adi buyruq və göstərişlərinə riayət etməsi nə üçün qadağan edilməlidir?!”

Fransalı mütəfəkkir, professor Neroje Qarudinin fikrincə, fransalı müsəlmanlara hicabın qadağan edilməsi ABŞ və sionistlərin İslam əleyhinə zəhərli təbliğatlarının nəticəsidir.

O deyir: “Hazırda, terrorizm əleyhinə müharibə İslamı dünyada zəiflətmə vasitəsinə çevrilib. ABŞ və sionist rejimi İslamın simasını dünyaya olduqca qəddar göstərməyə çalışırlar”.

Qarudi hicabın Fransada qadağan edilməsini qeyri-demokratik addım sayır və deyir: “Hicab təməl prinsip və dəyər sayılır”.

Levi adlı bir yəhudi vəkilin iki qızı olan, Alma və Lili İslam dinini qəbul etmiş və hicaba riayət etdikləri üçün məktəbdən çıxarılmışlar. Hicablarına riayət etməkdə israrlı olan bu iki bacı deyirlər ki; “Heç bir qarşılıq əvəzində öz hicablarından əl çəkmək fikrində deyillər”. Bu iki bacının yəhudi atası deyir: “Mən qızlarımın dininə hörmət edirəm, onları himayə edirəm və məhkəmədə də onları müdafiə edəcəyəm”.

Levi deyir: “Hicab Quranın buyruqlarından biridir. Bu, qadının cəmiyyətdəki əxlaqi dəyərini təyin edir. Hicab, qadının paklıq, azadlıq və ləkəli olmamasının göstəricisidir”.

Yaponiyalı yazıçı xanım Henula Nakata (Henula Nacata) deyir: “İslamı qəbul etmək mənim üçün olduqca böyük bir sınaq idi. Həmkarlarım, dostlarım və yaxınlarım mənə ləyaqətsiz sözlər dedilər, mənimlə pis rəftar etdilər və bunlardan əlavə məni çoxlu təhqir etdilər, hətta mənimlə əlaqəni də kəsdilər. Lakin, bir müddət sonra, mənim hicaba qarşı dözümlü olmağım bütün bu anlaşılmazlıqlara qələbə çalmağıma səbəb oldu. Onların hamısı mənimlə barışdılar. Mənim bu imtahanlar qarşısında dözməyim səbəb oldu ki, Allah onların hamısını mənə qaytarsın”.

Xanım Nakata hicablı olmaq barədəki öz hislərini belə açıqlayır: “Mən hicabla öz insanlığımı və qadınlıq dəyərlərimi hiss etdim. Hicab mənə öyrədir ki, başqalarının əli çatacaq yerdən yüksək məqamda olum. Hazırda, xüsusilə də cavanlar arasında hicaba gündən günə artan meyl müşahidə olunur. Bu, həm də İslamın inkişafının əlaməti sayılır. Nə qədər ki, mən sağam, İslam və hicabı təbliğ edəcəyəm. Çünki, hicab cəmiyyətdə rahatlıq və asayişin mənbəyidir”.

Fransalı keşiş Mişel Lalan deyir: “Mən bir xristian keşiş kimi, müsəlmanların hicabının mənəvi bir dəyər olaraq azad olmalı və cəmiyyətdə özünəməxsus mövqe tutmalı olduğuna inanıram”.

Xanım Rencer Exter Londonda “İslam hicabı ətrafında fikirlər” adlı seminar təşkil etdi. O deyir: “Mən bu seminarı təşkil etdim ki, hicablı xanımlar və hicab məsələsini müdafi edim. Belə ki, hicab mənim ölkəmdə azad olsun”.

O əlavə etdi: “Hicab bizim və ölkəmizin xeyrinədir. Belə seminarları ölkənin müxtəlif şəhərlərində təşkil etmək lazımdır ki, hicab məsələsini hamıya tanıtdıraq. Başa salmaq lazımdır ki, hicabın nəinki zərəri yoxdur, əksinə bu məsələ xalqın, cəmiyyətin və ölkənin xeyrinədir”.

İslam dinini qəbul etmiş və hicab bağlamış İngiltərənin məşhur yazıçı və jurnalisti xanım İvan Redli deyir: “Hicab mənim həyatımda və mənim təhlükəsizliyimin qorunmasında böyük rol oynadı. Mən hicaba sığınmaqla, özümü asayişdə hiss edirəm”.

Mənbə: Abna

Tərcümə etdi: M. Əhmədov

islammektebi.org


more post like this