Sual 55: Vergilərdən yayınmağın, yol hərəkəti qaydalarını pozmağın, gömrük haqlarının azaldılmasının hökmü nədir?
Cavab: İslam hökumətinin qanunlarına müxalif addım caiz deyil.
Sual 56: Nə üçün səkkizinci imamın dəfn olunduğu yer “7-ci qiblə” adlandırılır?
Cavab: Mə’sumlar 7 məkanda (Mədinə, Bəqi, Nəcəf, Kərbəla, Kazimeyn, Samirra və Məşhəd) dəfn olunduğundan imam Rizanın (ə) məqbərəsi bə’ziləri tərəfindən 7-ci qiblə adlandırılmışdır. Əlbəttə ki, burada namaz qibləsi nəzərdə tutulmur.
Sual 57: Qəsbkar İsraillə iqtisadi əlaqələr qurmaq olarmı?
Cavab: Qəsbkar İsraili gücləndirən istənilən bir addım haramdır.
Sual 58: Qalstuk və yaxa kəpənəyindən istifadə etmək olarmı? Bir şəxs toy gecəsi qalstuk vurarsa bunun hökmü nədir?
Cavab: İslama biganələrin atributlarından çəkinin.
Sual 59: Qadınlar avtomobil sürə bilərmi?
Cavab: İslami hicab qorunsa və şər’i ölçülər gözlənilsə eybi yoxdur.
Sual 60: Qadınlar hərbi tə’lim keçə bilərmi?
Cavab: Bu iş caizdir. Bir şərtlə ki, günaha yol verilməsin.
Sual 61: Xidmət haqqının hökmü nədir?
Cavab: Xidmət haqqı dedikdə bank işçilərinə verilən maaş nəzərdə tutulur. Onlar bank hesablarını qoruyur və sair xidmətlər göstərirlər. Bu məqsədlə müştəridən əlavə haqq alına bilər.
Sual 62: Qadınlar kişilərin hüzurunda Qur’an oxuya bilərmi?
Cavab: Ahənglə oxumalarına irad var.
Sual 63: Fəsada səbəb olmasa ney çalmağın hökmü nədir?
Cavab: Eyş-işrət məclislərinə aid musiqilərin çalınması haramdır.
Sual 64: Bir şəxs soyuducu satana desə ki, 100 soyuducu alıram və bir həftədən sonra pulunu verirəm, bu müamilə düzgündürmü?
Cavab: Əgər soyuducular alıcıya verilsə, eybi yoxdur.
Sual 65: Müxtəlif yerlərdə çəpik çalmağın hökmü nədir?
Cavab: Çəpik çalmağın eybi yoxdur. Amma məscid və hüseyniyyə kimi yerlərdə bu işdən çəkinmək lazımdır.
Sual 66: Rəqsin növləri haqqında açıqlama verin.
Cavab: Yalnız qadın əri üçün oynaya bilər. Qalan rəqslərə irad var.
Sual 67: Şahmat haqqında fikriniz nədir?
Cavab: Əgər şahmat xalqın nəzərində qumar aləti halından çıxmışsa və idman sayılırsa eybi yoxdur.
Sual 68: Kart oynamağın hökmü nədir?
Cavab: Udub-uduzmaq olmadan kart oynamağın eybi yoxdur.
Sual 69: Saqqalı qırxmaq olarmı?
Cavab: Ehtiyat budur ki, bu iş görülməsin.
Sual 70: Hansı musiqilər halal, hansılar haramdır?
Cavab: Eyş-işrət məclislərinə aid olan bütün musiqilər haramdır və qalan musiqilər halaldır. Halal musiqini haram musiqidən ayırmaq üçün ürf əhlinə müraciət olunsun.
Sual 71: Dini hadisələrin səhnələşdirilməsi, şəbihə münasibətiniz nədir?
Cavab: Əgər şər’i ölçülər gözlənilsə və müqəddəsliklər təhqir olunmasa eybi yoxdur.
Sual 72: Öldürülən şəxsə görə pul almağın hökmü nədir?
Cavab: Diyə Allahın tə’yin etdiyi bir haqdır və onu almaq caizdir. Amma bağışlamaq bə’zi hallarda daha yaxşıdır.
Sual 73: Qeyri-müsəlman ölkələrə mühacirət və səfərin hökmü nədir?
Cavab: Əgər şəxs kafir ölkələrdə özünün və yoldaşlarının dinini qorumağa qadirsə və ya dini yaya biləcəksə, bu səfər caizdir.
Sual 74: Bir şəxs yanıb xəstəxanaya düşdükdə həkimin səhlənkarlığı ucbatından dünyasını dəyişərsə, eləcə də, məhkəmə tibbi ekspertiza həkimin səhlənkarlığını təsdiqləyərsə, həkimin hökmü nədir?
Cavab: Həkim günah etmişdir və cəzalandırılmalıdır.
Sual 75: Valideynlərim qeydə almadığından doğulduğum günü bilmirəm. Mənim üçün dini vəzifələr nə vaxtdan vacib sayılır?
Cavab: Büluğ həddinin kişilər üçün üç nişanəsi var: 15 yaşın tamam olması (digər əlamətlər olmasa 15 yaşın tamamlanmasına əmin olmadan vəzifə yoxdur); yuxuda və oyaq vaxtı az və ya çox sperma xaric olması; ayıb yer ətrafında cod tüklərin çıxması.
Sual 76: Bir şəxs dünyasını dəyişmiş atası üçün Qur’an oxutdurmaq məqsədi ilə pul və’d edərsə və Qur’an başa çatdıqdan sonra pul ödəməzsə, borclu qalırmı?
Cavab: Və’dinə zamindir.
77: Çek alış-verişi: Çek müamiləyə aid olarsa, borc sənədi sayılarsa, (dostcasına çek olmazsa) onun az və ya çox miqdarda alış-verişi caizdir.
78: Poker, şahmat və bilyard oyunları: əgər bu oyunlar qumar aləti halından çıxarsa və xalq arasında idman, əyləncə vasitəsi sayılarsa, udub-uduzmaq olmadan eybi yoxdur.
79: Musiqi: eyş-işrət məclislərinə aid olan bütün musiqilər haramdır. Haram musiqini halal musiqidən fərqləndirmək üçün bu işi bilən imanlı insanlara müraciət edilməlidir.
80: Hipnoz: Tibbi və bu kimi məqsədələrlə hipnoz olar. Amma gizli işləri aşkarlamaq, keçmişdən və ya gələcəkdən xəbər vermək məqsədli hipnoz caiz deyil.
81: Dodaq və qaşların döyəclənməsi, bu halda qüsl və dəstəmaz: bu iş ifrat bəzək sayılmasa və fəsada səbəb olmasa caizdir. Hər halda döyəclənmə ilə dərinin üzəri örtülmədiyindən bu halda dəstəmaz və qüsl düzgündür.
82: Bakirə qızların qaşını və üzünü alması: bu iş qızlar üçün şər’ən haram deyil. Amma xalq arasında qəbul edilmədiyindən ondan çəkinmək daha yaxşıdır.
83: Yatırım şərti: Əgər bu şəxs bank sahibinin yox, borc götürənlərin işini asanlaşdırarsa, eybi yoxdur.
84: Borc götürmək: Bankdan borc götürmək olar. Amma bu işdə şər’i ölçülər gözlənilməlidir. Bu ölçülər gözlənildikdə verilən əlavə haqq sələm sayılmır. Amma istənilən bir məqsədlə borc götürərkən müqaviləyə əməl olunmalıdır.
85: Yubandırma cəriməsi: yubandırmağa görə cərimə almağın eybi var. Amma borclu öz borcunu vaxtında ödəməlidir. Əks təqdirdə günahkar sayılır.
86: Borc imtiyazının alqı-satqısı: əgər bu iş borc verən bankın qanunlrına zidd olmasa eybi yoxdur.
87: Başqalarının sığorta dəftərçəsindən istifadə: bu iş sığorta təşkilatının qaydalarına zidd olduğundan və sığortalanan şəxslə öncədən şərt kəsildiyindən caiz deyil. Hətta sığorta idarəsi öz xidmətlərində səhlənkarlıq göstərsə də belədir.
88: Borc və infilyasiya: borc ödənən müddətədək ciddi infilyasiya baş verərsə, borclu şəxs infilyasiya faizini nəzərə alıb borcunu ödəməlidir. Banklardan ayrı-ayrı illərdə infilyasiya faizinin nə qədər olduğunu öyrənmək olar.
89: Həcc və ümrə yatırımları: Əgər şəxslərlə Həcc təşkilatları arasında müqavilə olmazsa və şəxslər öz istəyi ilə bu məbləği ödəyərsə eybi yoxdur. Bu fayda Həcc xərclərindən sayılarsa, onun üzərinə xüms gəlməz.
Sual 90: Həftədə üç gün tədris məqsədi ilə başqa şəhərə gedən müəllimlərin namaz və orucunun hökmü nədir?
Cavab: Bu səfər üç gün və ya daha artıq çəkərsə, onların namaz və orucları tamdır.
Sual 91: Həftədə üç gün təhsil üçün bir şəhərdən o birinə gedən tələbələrin namaz və orucunun hökmü nədir?
Cavab: Onların namaz və orucu tamdır. Amma 3 gündən az olarsa müsafir hökmündədirlər.
Sual 92: Bə’zi dövlət mə’murları işləri ilə bağlı həftədə üç gün bir şəhərdən o birinə gedirlər. Onların namaz və oruclarının hökmü nədir?
Cavab: Onların namaz və orucu tamdır.
Sual 93: Əgər hərbi xidmətdə olan əsgər valideynlərini görmək üçün həftədə üç gün bir şəhərdən o birinə gedirsə, onun namaz və orucunun hökmü nədir?
Cavab: Onların namaz və orucu tamdır. Ardıcıl şəkildə iş və təhsil üçün həftə ərzində 3 gün başqa yerə gedənlərin namaz və orucu tamdır.
Sual 94: Mübarək ramazan ayında günortadan sonra təbliğ üçün Qumdan 40 km. aralanan tələbə və təbliğçilərin namaz və oruclarının hökmü nədir?
Cavab: Namaz və orucları tamdır.
Sual 95: Büluğ yaşa, 9 yaşa çatmış, amma fiziki baxımdan möhkəmlənməmiş qızların oruc tutmasının hökmü nədir?
Cavab: Nəzərdə tutulan halda bu qızlara oruc tutmaq vacib deyil. Əgər bu zəiflik gələn ramazan ayınadək davam edərsə, həmin orucların qəzası da vacib olmaz. Hər gün üçün bir mudd (750 qr) təam vermək bəs edər.
Sual 96: İş məqsədi ilə Tehrandan Savəyə həftədə 4 gün səfərə çıxan mühəndis və fəhlələrin namaz və orucunun hökmü nədir?
Cavab: Onlar tez-tez gedib-gəldiyindən “kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır.
Sual 97: İşlə bağlı hər gün Tehrandan Kərəcə səfərə çıxan qız və xanımların namaz və orucunun hökmü nədir?
Cavab: Namaz və orucları tamdır.
Sual 98: Həftədə üç gün müxtəlif məntəqələrə səfərə çıxan imam-cümələrin namaz və orucunun hökmü nədir?
Cavab: Onlar da “kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır.
Sual 99: Həftədə üç gün daxil və xaricə uçuşu olan təyyarəçi və hava limanı işçilərinin namaz və orucunun hökmü nədir?
Cavab: Namaz və orucları tamdır.
Sual 100: Universitetlərdə yaşayıb, qidalanan yerli və xarici tələbələrin fitrə zəkatının hökmü nədir? Bu fitrə onların öz öhdəsinədir, yoxsa universitetin?
Cavab: Tələbələr qidanı adətən dükandan aldıqları üçün fitrə zəkatını ya özləri, ya da xərclərini ödəyən şəxs verməlidir.
Sual 101: Fabrik və müəssisələrdə işləyən işçilərin fitrə zəkatının hökmü nədir? Öz öhdələrinədir, yoxsa müəssisənin öhdəsinə?
Cavab: Həmin yerlərdə qidalanma maaşın bir hissəsi sayıldığından fitrə zəkatı onların öz öhdəsinədir.
Sual 102: Poçt kimi dövlət müəssisələrində işləyənlərin fitrə zəkatı kimin öhdəsinədir?
Cavab: Fitrə zəkatı onların öz öhdəsinədir.
Sual 103: Ramazan ayında müxtəlif şəhər və kəndlərdə mənzillərdə yaşayan ruhanilərin fitrə zəkatı kimin öhdəsinədir? Onlar adətən hər gecə iftar üçün bir mənzilə də’vət edilir.
Cavab: Onların fitrə zəkatını ödəmək kimsəyə vacib deyil. Ayın sonundan bir neçə gün bir yerdə qalsalar istisnadır. Səhərlər ardıcıl şəkildə bir mənzildə olsalar, fitrə zəkatını ev sahibi verməlidir.
Sual 104: Kimsəsiz xəstələrin müalicəsi üçün fitrə zəkatından istifadə etmək olarmı?
Cavab: Eybi yoxdur.
Sual 105: Müxtəlif büdrəmələr səbəbindən zindana düşən yoxsulların azadlığa çıxması üçün fitrə zəkatından istifadə etmək olarmı?
Cavab: Eybi yoxdur.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this