1879. Allahın Peyğəmbəri (s) :«Yalnız öz elminə əməl edənlərindən başqa alimlərin hamısı məhv olar. Yalnız ixlasla əməl edənlərdən başqa, əməl edənlərin də hamısı məhv olar. İxlasla əməl edənlərin özü də təhlükədədirlər.»[2]

1880. İmam Sadiq (ə) Müfəzzəl ibni Salehə: «Həqiqətən, Allahın ixlasla əməl edən bəndələri vardır, Allah da öz xalis əcr və mükafatından onlara bəxş edər. Bunlar Qiyamət günü əməl dəftərləri boş (yazısız) olan kəslərdir. Onlar Allah qarşısında dayananda Allah-taala o əməl dəftərlərini  onlarla Özü arasında olan sirlə doldurar» (Rəvayətçi deyir) Ərz etdim:«Ey mənim ağam, bu niyə belədir (yəni, əməl dəftərləri ağ və yazısızdır)?» Buyurdu:«Çünki Allah-taala onların şənini Özü ilə onların arasında olan əlaqəsini mühafizəçi mələklərin xəbərdar olmalarından daha uca etmişdir.»[3]

1881. Cəbrayıl (ə) Peyğəmbərin (s) ixlas barədə sualının cavabında buyurubMuxlis, o kəsdir ki, özü bir şeyi əldə etməyincə insanlardan heç nə istəməsin, həmin şeyi əldə edəndə razı olsun və o şeydən yanında bir qədər qalmış olsa başqalarına bəxş etsin. Çünki məxluqdan bir şey istəməyən, Allah üçün bəndəliyini e‘tiraf etmişdir. Öz məqsədinə çatıb razı olanda, Allahdan razı olmuşdur və Allah-taala da ondan razıdır. Özünə qalan şeydən Allaha xatir bəxş edəndə öz Rəbbinə e‘timad mərtəbəsinə yetişmişdir.»[4]

618. Əməllərin qəbul olunmasında ixlasın rolu

1882. Allahın Peyğəmbəri (s):«Bir iş görəndə onu yalnız Allah üçün gör. Çünki O, bəndələrin yalnız xalis əməllərini qəbul edir.»[5]

1883. İmam Sadiq (ə) :«Allah-taala buyurmuşdur:Mən ən yaxşı şərikəm. Öz əməlində mənə şərik gətirən kimsənin, yalnız xalis mənim üçün olanlardan başqa heç bir əməlini qəbul etmərəm.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Muxlis – əməlini ixlasla, Allaha xatir yerinə yetirən şəxsdir

[2] Tənbihul-Xəvatir, c.2, səh.118

[3] İddətud-dai, səh.194

[4] Nurus-Səqəleyn, c.3, səh.15 , hədis50

[5] Biharul-Ənvar, c.77, səh.103 , hədis1

[6] Mustədrəkul-Vəsail, c.1, səh.100 , hədis87


more post like this