Cavab: Cənab Müslim ibn Əqilin həyatı barəsində olan kitabların hamısını araşdırarkən, bu nəticə ələ gəlir ki, cənab Müslimin Atikə və Həmidə adında iki qızı olubdur. Atikə Kərbəla hadisəsində Aşura günü düşmən xeymələrə hücum edərkən şəhid olur. Amma Həmidə Kərbəla əsirləri karvanında olub və cənab Müslimin nəsli yalnız onun vasitəsi ilə davam edibdir. Tarix kitablarında cənab Müslim ibn Əqil üçün neçə oğlan və qız övladının adını çəkirlər. O cənabın dörd oğlu Kərbəla və ondan sonrakı hadisələrdə şəhid olubdur. Belə ki, Müslimin Abdulla və Məhəmməd adında iki oğlu Kərbəla hadisəsində Əli Əkbərdən sonra şəhid olublar. Abdullahın anası Rüqəyyə Kübra həzrət Əli (ə)- ın qızı və Məhəmmədin http://kiril.islamquest.com/Printable/14124.ASPX – _edn1 anası kəniz olubdur. Müslümün İbrahim və Məhəmməd adında digər iki oğlu ki, anaları Cəfər Təyyarın övladlarından idi, Müslim şəhid olandan bir il sonra, şəhid olubdurlar. Cənab Müslim üçün digər oğlan övladları da qeyd ediblər ki, onlardan heç bir əsər və əlamət qalmayıbdır. Cənab Müslim ibn Əqilin Atikə və Həmidə adlı iki qızı da olubdur. Atikə Aşura günü İmam Hüseyn (ə)-ın iki qızı Ümmül- Həsən və Ümmül- Hüseyn ilə birlikdə, düşmənlər xeymələrə hücum edən zaman, atların ayaqları altında şəhid oldular. Anası Həzrət Əli (ə)- ın digər bir qızı Ümmü Gülsüm Suğra olan Həmidə, öz əmisi və xalası oğlu Abdulla bin Məhəmməd bin Əqil ki, həzrət Əlinin qızı Zeynəb Suğranın övladı idi, evləndi. Bu mübarək bağlılığın nəticəsi, Qasim, Əqil, Əli, Tahir, və İbrahim adında beş övlad olubdur. NUR-AZ.COM


more post like this