Ey Əli haqqında yanlış söyləyənlər aşikar,
Kim, deyənlər, adi bir əshab olmuş şiri-Bar,
Siz həyadən bixəbərsiz, yoxdu vallah sizdə ar,
Ta ki, başın bağlamaz qızlar da etmişdir şuar,
Öz dilində söyləyirlər; neynirik bir özgə yar?!
“La fəta illa Əli, la seyfə illa zülfüqar”

Hansı həqdən bilmirəm daim vurursuz siz də dəm,
Kuyi-həqqə qoymamışsız gər ki, bir yol siz qədəm.
Həqqi inkar eyləyirsiz, guya cəm’iyyən ədəm
Məndən olmuş var, guya xəlq edən hakim mənəm,
Vermişəm Yusifsifətli şah üçün böylə qərar,
“La fəta illa Əli, la seyfə illa zülfüqar”

Heç utanmırsız, xəcalət çəkməyirsiz bir qədər,
Ey uzun illər həqiqətdən olanlar bixəbər?
Varmı ondan bir səva dünyaya gəlmiş içrə ər,
Ta doğuşdan Kə’bəyə zəvvar olan tək bəxtəvər?..
Var isə ismin çəkin, dünyadə öylə kimsə var?
“La fəta illa Əli, la seyfə illa zülfüqar”

Dərk edin sizlər nəhayət, kimdi mövlamız Əli,
Kimdir Allahın gözü dünyadə, həm kimdir əli,
Kimdi düşmən rəbbə, rəbbin dininə, kimdir vəli,
Kimdir etmiş bu yazığ məddahı eşqilə dəli,
Kim, yorulmur söyləməkdən durmadan şair Vüqar –
“La fəta illa Əli, la seyfə illa zülfüqar”
Müəllif: Vüqar Rahi.
http://www.muselman.ws/


more post like this