Məsələ 1901: Əgər yemiş, xiyar və s. bitkilər üçün aydın şəkildə müqavilə bağlayıb, dərilənlərin sayını və hər birinin payını müəyyən etsələr, musaqat olmamasına baxmayaraq, (müamilə) düzgündür.
Məsələ 1902: Yağış suyu və yaxud yerin rütubətindən qidalanan ağacların suvarmağa ehtiyacı olmasa və lakin başqa işlərə-bellənməyə, peyinlənməyə, meyvələrin çoxalması və keyfiyyətli olması üçün dərmanlanmağa ehtiyacı olsa, bu halda musaqat müamiləsi düzgündür.
Məsələ 1903: Müamilənin qarşı tərəfləri bir-birlərinin razılığı ilə musaqat müamiləsini poza bilərlər. Habelə, əgər müqavilə əsnasında onların hər ikisi və yaxud biri üçün müqaviləni pozmaq hüququ nəzərdə tutulubsa, müamiləni poza bilərlər. Əgər musaqat müqaviləsində müəyyən edilən şərtə əməl olunmasa və (bu) şərt xeyrinə olan şəxs qarşı tərəfi onun icrasına məcbur edə bilməsə, müamiləni poza bilər.
Məsələ 1904: Bağ sahibinin ölümü ilə musaqat müamiləsi pozulmur və varisləri onların canişinləri hesab olurlar. Lakin, ağaclara qulluq etmə işləri tapşırılan şəxs ölsə və şəxsən onun özünün bağbanlıq etməsini şərt ediblərsə, müamilə pozulur. Belə şərt etmədikləri halda, varisləri onun canişinləri olurlar.
Məsələ 1905: Hər iki tərəfin öhdəsində olan- yeraltı su kanallarının, su nasosunun tə’miri, peyin və dərman səmpək üçün cihaz hazırlamaq və s. işləri qabaqcadan müəyyən etməlidirlər. Əgər (bunları müəyyən edən) bir qanun həmin məntəqədə camaat arasında adət olsa, kafidir.
Məsələ 1906: Əgər musaqat müamiləsinin batil olması mə’lum olsabağın meyvələri bağ sahibinindir. Lakin, suvarma və s. işlərin pulunu, adətə uyğun olaraq, ağaclara qulluq edən şəxsə verilməlidir.
Məsələ 1907: Ağac əkmək üçün torpağı bir şəxsə verib, məhsulun hər iki tərəfin olmasını şərt etsələr, bütün cəhətləri aydınlaşdırdıqları halda, musaqat olmamasından asılı olmayaraq, müamilə düzgündür.
Məsələ 1908: Musaqat müqaviləsində qarşı tərəflər çox ola bilərlər. Yəni, bağ sahibi onu bir neçə nəfərin öhdəsinə verərək onlarla müqavilə bağlaya bilər.

həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this