Cavab: İslam dinində iman gətirdikdən sonra küfr edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və cəmiyyəti parçalayır. Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma valideynləri müsəlman olmayan bir şəxs dini qəbul edib sonra dindən çıxarsa, tövbəsi qəbuldur. Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur? Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında qəbul olunmalıdır. Müsəlman ailədə doğulmuş şəxs İslam dininin əsaslarından xəbərdar olduğu üçün onun dindən çıxması məlumatsızlıq yox, xəyanət hesab olunur. Amma dini sonradan qəbul etmiş şəxs, bilməməzlik ucbatından səhv edə bilər. Sözsüz ki, təzyiq altında dindən çıxdığını deyən şəxs, qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.


more post like this