Müqəddəs Cəmkəran məscidi həzrət İmam Mehdinin (əc.) xüsusi nəzəri sayəsində, onun əmrilə tikilmişdir. Bu məscidin tarixçəsi belədir:
Şeyx Həsən ibn Müslə Cəmkərani deyir: “Ramazan ayının 17-i çərşənbə axşamı idi. Öz evimdə idim. Birdən bir dəstə adam qapımıza gəlib dedilər: “Həzrət Mehdi (əc.) səni istəyir”. Ayağa qalxıb, o cənabın hüzuruna getdim. Xızır peyğəmbər (ə) də onun yanında idi. İmam, Müqəddəs Cəmkəran məscidinin tikilməsini əmr edib, buyurdu:
“Camaata deyin ki, bu məkana rəğbət göstərib, hörmətlə yanaşsınlar və onda dörd rəkət namaz qılsınlar. Bu iki namazı (iki ikirəkətli namazı) qılan şəxs Kəbədə namaz qılmış kimidir”.
Məscidin təhiyyət namazı: Bu namaz iki rəkətdir. Hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “Qul huvəllah” surəsi deyilir. Rükunun (“Subhanə rəbiyyəl-əzimi və bihəmdih”) və səcdələrin (“Subhanə rəbiyyəl-əla və bihəmdih”) zikrləri də 7 dəfə təkrar olunmalıdır.
Sahibəz-zaman (əc.) namazı: Bu namaz da iki rəkətdir. Hər rəkətdə “Həmd” surəsini oxuyarkən, “İyyakə nəbudu və iyyakə nəstəin” ayəsini 100 dəfə təkrar edib, namazı davam etdirmək lazımdır. Bu namazda da “Qul huvəllah” surəsi, habelə rüku və səcdələrin zikrləri 7 dəfə deyilir. Namazı qurtardıqdan sonra bir dəfə “La ilahə illəllah” deyib, həzrət Fatimeyi-Zəhra (ə) təsbehini zikr etmək, daha sonra isə səcdəyə gedib 100 dəfə salavat demək lazımdır.
Müəllif: Müqәddәs Сәmkәrаn mәscidinin tәdqiqаt bölmәsi
Tərcüməçi:Tərcümə qrupu

http://zehra-yolu.com/


more post like this