827.Mülayimliyin dəyəri

2638. Allahın Peyğəmbəri (s):«Mülayimlik hər nəyə yoldaş olarsa ona zinət verər və hər nədən götürülərsə, onu çirkinləşdirər.»[1]

2639.Allahın Peyğəmbəri (s):«Bir-biri ilə dostluq edənlərdən, öz dostuna qarşı daha mülayim olanın daha çox əcri var və Allah yanında daha sevimlidir.»[2]

2640.Allahın Peyğəmbəri (s):«Allah-taala bir ailənin xeyrini istəyəndə onların üzünə mülayimlik qapısı açar.»[3]

2641. Allahın Peyğəmbəri (s):«İnsanların ən ağıllısı xalqla ən mülayim və mehriban rəftar edəndir.»[4]

2642. Allahın Peyğəmbəri (s):«Allah-taala mülayim və mehribandır, hər işdə də mülayimliyi sevər.»[5]

2643. İmam Əli (ə):«Mülayimlik xoşbəxtliyin açarıdır.»[6]

2644. İmam Baqir (ə):«Hər şeyin qıfılı var, imanın da qıfılı mülayimlikdir.»[7]

2645. İmam Kazim (ə):«Mülayimlik həyatın yarısıdır.»[8]

 

828. İbadətdə mülayimlik

2646. Allahın Peyğəmbəri (s):«Həqiqətən, bu din möhkəmdir. Ona mülayimliklə daxil olun və Allah bəndələrini zorla Allaha ibadətə məcbur etməyin. Yoxsa nə məsafəni qət edə bilən, nə də miniyi salamat saxlayan süvariyə bənzəyərsiz.»[9]

2647. İmam Əli (ə):«Öz nəfsini ibadət etmək üçün aldat, onunla mülayim rəftar et və zorla ibadətə vadar etmə. Yalnız sənə vacib edilmiş ibadətlərdən başqa, onu asudə və şad vaxtı ibadətə tut. Belə ki, vacibləri vaxtında yerinə yetirməli və onlardan ehtiyatlı olmalısan.»[10]

 

829. Mülayimliyin səmərələri

2648. Allahın Peyğəmbəri (s):«Həqiqətən, mülayimlikdə artım və bərəkət var. Mülayimlikdən məhrum olan xeyirdən məhrum olar.»[11]

2649 İmam Əli (ə):«Mülayimlik çətinlikləri asan, mürəkkəb çarələri sadə edər.»[12]

2650. İmam Hüseyn (ə):«Kim öz nəzərində bir çıxış yolu tapmayıb çarəsiz qalarsa, mülayimlik onun müşkülünün həllinə açar olar.»[13]

2651. İmam Səccad (ə):«Xızırın (ə) Musa ibn İmrana (ə) axırıncı vəsiyyəti bu idi:«Kim bu dünyada başqası ilə mülayim rəftar edərsə, Allah-taala Qiyamət günü onunla mülayim rəftar edər.»[14]

2652. İmam Sadiq (ə):«Öz işlərində mülayim olan kəs, insanlardan istədiyi şeyi əldə edər.»[15]

2653. İmam Sadiq (ə):«Hörmətli olmaq istəyirsənsə mülayim ol, xar olmaq istəyirsənsə kobud.»[16]

 

167. Nəzarət.

830. Allahın, mələklərin bədən əzalarının nəzarəti.

Quran:

«Həqiqətən, Allah-taala sizə nəzarət edəndir.»[17]

«(İnsanın) Dediyi elə bir söz yoxdur ki, onun yanında bir gözətçi hazır durub yazmasın.»[18]

Hədis

2654. İmam Əli (ə):«Bilin, ey Allahın bəndələri! Əməllərinizi və nəfəslərinizi qeyd etmək üçün sizin üzərinizdə vucudlarınızdan nəzarətçilər, bədən əzalarınızdan casuslar və sadiq gözətçilər təyin olunmuşlar. Nə zülmət gecənin qaranlığı sizin əməllərinizi onların nəzərindən itirər, nə də möhnət və bağlı darvazalar sizi onlardan gizlədər.»[19]

 

831. Nəzarətə həvəsləndirmək

2655. Allahın Peyğəmbəri (s) :«İbrahimin (ə) səhifələrində nəql olunur ki… «Ağıl sahibi -madam ki, ondan ağıl alınmayıb- günün saatlarını özü üçün dörd hissəyə bölməlidir: bir hissəsini Allahla münacat və dua etməyə, bir hissəsini öz nəfsinin hesabatını aparmağa, bir hissəsini Allahın ona bəxş etdiyi nemətlər barədə düşünməyə və bir hissəsini də öz canını halaldan bəhrələndirməyə sərf etsin. Çünki bu vaxt kəsiyi digər üç vaxt üçün kömək və qəlbin rahatlıq tapmasının, yorğunluğun getməsinin səbəbidir.»[20]

2656. İmam Əli (ə):«Özün tərəfindən özünə nəzarətçi, gözətçi təyin et və öz dünyandan axirətin üçün bəhrə götür.»[21]

2657. İmam Əli (ə):«Yaxşıdır ki, insan öz nəfsinin gözətçisi, qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.»[22]

2658. İmam Əli (ə):«Allah rəhmət eləsin öz günahına nəzarət edən və Allahdan qorxan bəndəyə.»[23]

2659. İmam Əli (ə):«Öz dini, fikri, əxlaqı və tərbiyəsindəki nöqsanları hesablamaqla onları öz sinəsində, ya da yazılı surətdə toplayıb və aradan götürülməsi üçün çalışmaq ağıllı insanın öhdəsinə düşür.»[24]

2660. İmam Sadiq (ə):«Allah-taalanın İsaya (ə.) moizələrindən:«Ey İsa! Harada olursan ol, Məni nəzərində saxla.»[25]

2661. İmam Sadiq (ə):«Kimin iki günü eynilə bərabər olarsa, zərər etmişdir. Kimin sabahı bu günündən pis olarsa, aldanılmışdır. Kim öz nöqsanlarına nəzarət etməsə daim nöqsanlar içində qalar, kim öz nöqsanlarına davam edərsə, onun üçün ölüm daha yaxşıdır.»[26]

 

832. Nəzarət və hesab-kitab

2662. İmam Kazim (ə):«Hər gün öz nəfsinin hesabatını aparmayan kəs, bizdən deyil. Yaxşı iş görmüşsə Allahdan onun artmasını istəyər, əgər pis iş görübsə Allahdan bağışlanmasını istəyər və Onun dərgahına tövbə edər.»[27]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] əl-Kafi, c.2,səh. 119 , hədis 6

[2] əl-Kafi, c.2,səh. 120 , hədis 15

[3] Şərhe Nəhcül-Bəlağə, c.6,səh. 339

[4] Əmali-Səduq,səh. 28 , hədis  4

[5] Kənzul-Ummal, hədis 5370

[6] Ğurərul-Hikəm,hədis 294

[7] əl-Kafi, c.2, səh. 118, hədis 1

[8] əl-Kafi,c.2, səh. 120 , hədis  11

[9] əl-Kafi,c.2, səh. 86 , hədis 1

[10] Nəhcül-Bəlağə, məktub 69

[11] əl-Kafi, c.2,səh. 119 , hədis7

[12] Gurərul-Hikəm,hədis 1778

[13] Biharul-Ənvar, c.78,səh. 128 , hədis 11

[14] Biharul-Ənvar, c.73,səh. 386 , hədis 6

[15] əl-Kafi, c.2,səh. 120 , hədis16

[16] Biharul-Ənvar, c.87,səh. 269 , hədis109

[17] Nisa/1

[18] Qaf/18

[19] Nəhcül-Bəlağə, xütbə 157

[20] əl-Xisal,səh. 525 , hədis 13

[21] Ğurərul-Hikəm,hədis 2429

[22] Ğurərul-Hikəm,hədis 10947

[23] Ğurərul-Hikəm,hədis 5205

[24] Biharul-Ənvar, c.78, səh. 6 , hədis 58

[25] Biharul-Ənvar, c. 14,səh. 289, hədis 14

[26] Biharul-Ənvar, c.78,səh. 277 , hədis 113

[27] əl-Kafi, c.2,səh.453, hədis 2

 


more post like this