Cavab: Saffat surəsindəki sözü gedən ayələrin düzümü keçmiş ümmətlərin taleyini bəyan edir: Allah-taala şirklərinə görə onların əksəriyyətini əzaba düçar etdi, yalnız Özü üçün xalis etdiyi az sayılı insanlardan baºqa. Müxləs kəlməsi təkcə peyğəmbərlərə deyil, onlardan qeyrilərinə də şamil ola bilər. Çünki həmin surədə bundan sonra həzrət Nuh (əleyhis-salam)-ın hadisəsi bəyan edilir ki, şübhəsiz, onunla birlikdə gəmiyə minərək nicat tapanlar Allaha pərəstiş edən adi insanlar idi. Həmçinin ismi-fail həmişə ismi-məfuldan üstün deyildir; əksinə bu vəzndə gələn bir çox hallarda onların fərqləri vardır. Məsələn, Raziq (Allahın sifətlərindən olan ismi-fail, yəni ruzi verən) mərzuqdan (ruzi verilən şəxs) üstündür. Çünki mərzuq məxluqun sifətidir, Xaliqin sifəti də məxluqatın sifətindən üstündür. Eləcə də Xaliq-məxluq və sair kimi sifətləri də qeyd etmək olar. Amma burada müxlis – yəni xalis edən şəxs və müxləs, yəni müxlislərin dözdükləri əzab-əziyyətlərə dözdükdən sonra Allah tərəfindən pak-pakizə edilərək müxləs olan şəxs deməkdir. Həmin səbəbə görə müxlislərə nisbətən müxləslərin məqamları daha artıq yüksəkdir. NUR-AZ.COM


more post like this