324.Pislənilmiş mübahisə

Quran:

«İnsanların bəzisi heç bir elmi olmadan Allah barədə mübahisə edir və inadkar şeytana tabe olur.»[1]

«Allahın ayələri barədə yalnız kafirlər mübahisə edərlər. Odur ki, onların şəhərlərdə gəzib-dolaşması səni aldatmasın.»[2]

Həmçinin müraciət etAliİmran 66; Əraf 71; Ənfal 6; Kəhf 54, 56; Məryəm 97; Həcc 8, 9, 68; Furqan 50; Şura 35; Zuxruf 57.

Hədis:

1051.Allahın Peyğəmbəri (s):«Mübahisə və höcətləşməyə arxalananlardan başqa heç bir qövm yolunu azmadı.»[3]

1052.İmam Əli (ə):«Mübahisə etməkdən çəkinin. Çünki, mübahisə (insana) şəkk və tərəddüd gətirər.»[4]

 

325.Gözəl bəyənilən mübahisə

Quran:

«İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna də‘vət et, onlarla ən gözəl şəkildə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyandır.»[5]

Hədis:

1053.Allahın Peyğəmbəri (s):«Bizik, Allahın dinində mübahisə edənlər!»[6]

1054.İmam Əskəri (ə):«İmam Sadiqin (ə) hüzurunda söz dində mübahisə etmək, Peyğəmbərin (s) və mə‘sum imamların (ə) (müsəlmanları) bu işdən çəkindirmələrindən düşür. Həzrəti Sadiq (ə):«Mübahisə etmək bütünlüklə pislənilməyib, gözəl olmayan üsulla mübahisə etmək qınanıb.»[7]

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Həcc, ayə 3

[2] Mu’min, ayə 4

[3] Biharul-Ənvar, c.2, səh.138, hədis 52

[4] əl-Xisal səh.615, hədis 10

[5] Nəhl, ayə 125

[6] Biharul-Ənvar, c.2, səh.125, hədis 1

[7] Biharul-Ənvar, c.2, səh.125, hədis 2


more post like this