islamic mənbələri

    1. home

    2. article

    3. Mübahilə[1]

    Mübahilə[1]

    Mübahilə[1]
    Rate this post

     

    273.Mübahilə

    Quran:

    «Sənə göndərilən bilikdən sonra kim onun barəsində (İsa (ə) haqqında) səninlə mübahisə etsə, de: Gəlin biz də oğlanlarımızı siz də oğlanlarınızı, biz də qadınlarımızı siz də qadınlarınızı, biz də özümüzü siz, də özünüzü çağıraq. Sonra (Allaha) yalvarıb yalançılara Allahın Lənət etməsini diləyək.»[2]

    Hədis:

    926.İmam Sadiq (ə) Əbulabbasa mübahilə barəsində belə buyurmuşdur: «Ovcunu onun ovcuna qoyub deyirsən:«Allahım! Əgər filankəs haqqı inkar, yaxud  batili iqrar edirsə onu səma bəlasına və ya öz tərəfindən olan bir əzaba düçar et. Ona yetmiş dəfə nifrin və qarğış et.»[3]

    927.İmam Sadiq (ə):«Nəcran xaçpərəstləri öz başçı, canişin və….. ilə Peyğəmbərin (s) yanına gəlib dedilər:«Bizi nəyə də‘vət edirsən?» Peyğəmbər buyurdu:«Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan…. yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə…….Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq.» Dedilər:«Ədalətli qərardır. Sonra mübahilə üçün vaxt təyin etdilər.»

    Onlar evlərinə qayıdandan sonra böyükləri dedi:«Əgər o, mübahiləyə öz qövmü ilə gəlsə onunla mübahilə edərik. Çünki əgər belə olsa, o, peyğəmbər deyil. Amma mübahiləyə yalnız ailəsi ilə gəlsə onunla mübahilə etmərik. Çünki əgər ailəsini təhlükəyə atırsa deməli doğrudan da düz deyir. Səhər açılandan sonra Peyğəmbərin (s) yanına gəldilər. Gördülər ki, Əmirəl-möminin, Fatimə, Həsən və Hüseyn onun yanındadırlar. Onlar qorxdular və Peyğəmbərə (s) dedilər:«Səninlə razılaşırıq, bizi mübahilə etməkdə üzürlü bil.» Beləliklə, Allahın Peyğəmbəri (s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər.»[4]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     



    [1] İki tərəfin bir-birinə nifrin və qarğış etməsi

    [2] Ali-İmran, ayə 61

    [3] əl-Kafi, c.2, səh.514, hədis 4

    [4] Nurus-Səqəleyn, c.1, səh.347, hədis 157