Cavab: Bəzi alimlərin nəzərinə görə, insanın boynunda olan vacibi təkliflər ona zərər vuracaq həddə yetişərsə, bu təklifin vacibliyi aradan gedir. Bu barədə imam Hüseyn (ə) həmin alimlərə buyurur: “Siz öz canınızı, onu yaradanın yolunda təhlükəyə salmaq istəmədəniz.” Yəni, din təhlükədə olarkən, özünüzü qorumaq üçün, ilahi hökmləri deyil, öz canınızı müdafiə etdiniz. Əvvəldə də demişdim ki, bizim zəmanəmizdə ancaq İmam Xomeyni (r) bu məsələni lazımınca təhlil edib açıqlamış, mühüm işlərdə təqiyyənin mümkün olmadığını buyurmuşdu. Təqiyyə, əmr be məruf və nəhy əz münkərin adi məsələlərinə aiddir. Belə adi hallarda insan özünə qarşı təhlükə hiss etsə, təqiyyə etməlidir. Amma İslam dünyası və müsəlman bir cəmiyyətin taleyüklü məsələlərində təqiyyədən söhbət belə gedə bilməz. Bu məsələlərdə təqiyyə haramdır; hətta iş ölümlə nəticələnsə belə. Əvvəldə də mən öz həmkarlarımdan gileylənmişdim ki, İmam Xomeyninin (r) bu cür qətiyyətli buyuruğundan sonra təqiyyə məsələsi ətrafında təhlil aparıb, bu mühüm məsələyə öz mövqelərini bildirməli, onun sərhəddini müəyyənləşdirməli idilər. Bununla da, təqiyyə ətrafında dolaşan şübhələrə aydınlıq gətirmiş olardılar.
İmam Hüseyn (ə) görüş zamanı tayfanın nüfuzlu şəxslərinə öz etirazını bildirir, bu məsələdə göstərdikləri süstlüyü onlara nöqsan tuturdu: “Əvvəla, Müaviyənin İslamı öz həqiqi mehvərindən çıxartmaq üçün apardığı siyasətin, xərclədiyi milyardlarla pulun qarşısında, sizlər öz malınızdan xərcləmək istəmədiniz. İkincisi, düşmən öz batil yolunda canını təhlükəyə saldığı halda, sizlər haqq yolunda öz təhlükəsizliyini xətərə salmaq istəmədiniz. Sizi bir az təhdid edən kimi, geri çəkildiniz”.
Nur-az.com


more post like this