Cavab: İmam Həsən (əleyhis-salam)-ın müqəddəs vücudu möhkəm, alınmaz bir qala idi ki, şiələr canlarını onun pənahında hifz edirdilər. Müaviyənin o Həzrətin həyatda olduğu zaman faciə törətməyə, zülüm etməyə cürəti yox idi. Buna görə də onun şiələri ilə yaxşı tərzdə rəftar edirdi. Belə ki, Əmirəl-mömin Əli (əleyhis-salam)-ın dostları və şiələri Şama səfər edir, Müaviyə ilə qarşı-qarşıya durub öz söhbətləri ilə həqiqətlərin üstünü açmağa başlayırdılar. Müaviyə İmam Həsən (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin müqabilində dizə çökdü, Həzrəti özü üçün böyük böyük bir sədd, maneə görüb bu fikrə düşdü ki, onu aradan götürsün. Əks halda heç vaxt özünün alçaq niyyətli əməllərini həyata keçirə bilməzdi. Məxsusən Müğeyrət ibni Şöbənin təlimi ilə Yəzidin vəli-əhdlik məsələsi onu daha çox maraqlandırırdı. O, nəyin bacasına olursa olsun Bəni-üməyyə sülaləsinin napak, murdar səltənətini möhkəmlətmək istəyirdi. Müaviyə Həzrət İmam Həsən (əleyhis-salam)-ın vücudundan çox qorxurdu. Çünki, sülhün şərtinə əsasən Müaviyə öldükdən sonra xilafət İmam Həsən (əleyhis-salam)-a çatmalı idi. O, bundan çox nigaran idi. O zaman İmam Həsən (əleyhis-salam)-ın 48, Müaviyənin isə 68 yaşı var idi. Buna görə də qərara gəldi ki, həzrəti zəhərləsin. Bu məqsədlə Həzrətin həyat yoldaşına (o, Əşəsin qızı idi) çoxlu pul vermək, onu oğlu Yəzidə almaq kimi yağlı vədələr verərək aldadıb İmam Həsən (əleyhis-salam)-ı zəhərləməyə məcbur etdi. Cödə bu işi gördükdən sonra Müaviyə pul verdi, amma onu Yəzidə almaq vədəsindən imtina edərək kinayə ilə dedi: “Mən oğlumun həyatına çox əhəmiyyət verirəm!” Nur-az.com


more post like this