Cavab: Din rəhbərlərinin dəyərli buyuruqlarında ustad və müəllimin haqları dəqiq şəkildə bəyan olunmuşdur. Söhbətimizin bu yerində müxtəsər şəkildə həmin bu hüquqları yada salaq:
1. Müəllimə ardıcıl suallar verməklə onu yormaq olmaz. Çünki o, bol bəhrəli xurma ağacı kimidir. Tələbə xurmaya xatir bu ağacı silkələməməli, xurmanın nə vaxt düşəcəyini gözləməlidir.
2. Bəli, sual həqiqətlərin açarıdır və soruşmayan bir şey öyrənmir. Amma boş suallarla ustadın vaxtını almaq olmaz. Elm mədəni olan Əli ibn Əbu-Talib (ə) əlini sinəsinə qoyub deyirdi: “Öyrədiləsi birini tapsaydım, bu sinədə çox bilik vardı.”[146]
Həzrət buyururdu: “Ey insanlar, nə qədər ki, məni itirməmisiniz suallarınızı verin.”[147] İndi düşünün ki, bir şəxs həzrət Əlidən (ə) başında və ya üzündəki tüklərin sayını soruşur! Belə bir rəftar dünyanın ən böyük tərbiyəçi və ustadına qarşı nankorluq olmazmı?!
3. Ustad bir mövzuda danışarkən həmin mövzuda başqalarının dediklərini təkrarlayıb ustadı kiçiltmək olmaz. Məsələn, demək olmaz ki, ustad, filankəs filan cür dediyi üçün sizin söylədikləriniz yanlışdır.
4. Ustada can-dildən qulaq asmaq lazımdır. Dərs zamanı ətrafdakılarla söhbətləşmək olmaz. Ustadla astadan danışmaq, səsi qaldırmamaq lazımdır.
5. Elm öyrənmək üçün ustad qarşısında diz çökmək lazımdır. Elə yerdə oturmalıyıq ki, o bizə baxmaq üçün əziyyət çəkməsin.
6. Ustadın hüzurunda ədəbsiz hərəkətlərə yol verilməməlidir. Məsələn, göz və ya qaşla işarə etmək pisdir.
127. Dərs uzandığı vaxt narahat olmamalı və ya narahatçılığımızı hansısa hərəkətlərimizlə büruzə verməməliyik. Bu qəbil hərəkətlər ustada qarşı hörmətsizlikdir.
8. Əgər sinifdə kimsə ustada sual verirsə, biz ustaddan önə keçib sualı cavablandırmamalıyıq.
9. Ustadın arxasınca danışmaq olmaz. Əksinə, bir məclisdə ustadın pisliyinə danışılırsa, onu müdafiə etmək, eyblərini örtüb yaxşılıqlarını aşkarlamaq lazımdır.
Böyüklərin adın pisliyə çəkən
Özü kiçiləsi gözlərdə hökmən.[148]
10. Günaha yol verməklə dərsin əzəmətini, ustadın ehtiramını pozmayaq. Məsələn, dərs zamanı kiminsə qeybətini etmək olmaz.
11. Ustadın düşmənləri ilə dostluq, dostları ilə düşmənçilik pisdir.
12. Sinifə daxil olarkən ustada ayrıca salam verək. Sinifə ümumi şəkildə verilən salam yetərli deyil.
13. Ustad ayağa qalxıb getmək istəyərkən müxtəlif bəhanələrlə onu yubatmayaq.
[146] “Nəhcül-bəlağə”, hikmətlər bölməsi, hikmət 147, s. 388
[147] Həmin mənbə, xütbələr bölməsi, xütbə 189, s. 206
[148] “Gülüstan”, 1-ci bab, padşahların xarakteri, s. 98, hekayət 41
Nur-az.com


more post like this