Zəmanəsinin alimi, fəqihi və müfəssiri kimi tanınan Şeyx Mövla Hüseyn Tiflisi İsfahani böyük islami şəxsiyyətlərdən biri olub. O, öz səmərəli ömrünün son vaxtlarını İsfahan şəhərində keçirib. Alimin dərs aldığı ustadlar barədə heç bir məlumat yoxdur. Onun cənazəsi İsfahanın «Abbəxşan» qəbristanlığında torpağa tapşırılmışdır.

Mərhum Tiflisi başqa tarixi kitablarda Molla Hüseyn Tiflisi adı ilə qeyd olunmuşdur. Onun dərin,elmi, gözəl əxlaqı, fəziləti və kəraməti haqqında çoxlu məlumatlar yazırılmışdır.
İsfahan şəhəri abadlaşdırılarkən təsadüfən küçələrin birində mərhum Tiflisinin qəbri tapılmışdır.Bundan sonra onun sümüklərini İsfahanda məşhur «Təxti-fulad» qəbristanlığında torpağa tapşırılmışdır. Mərhum Tiflisidən təkcə «Təfsiri-Tiflisi» adlı bir əlyazma qalmışdır. Dəyərli alim təxminən 1778- ci ildə dünyasını dəyişmişdir.

ceferiler.com


more post like this