1-Hüseyn ibn Übəyyil Əla rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs Muminun surəsini oxusa, Allah onun ömrünü səadət və xoşbəxtliklə sona çatdırar. Əgər bir kəs bu surəni oxumağı davam etdirsə, Allahın göndərdikləri və Peyğəmbərlərlə birlikdə Əəlada olacaqdır.
2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mələklər bu surəni oxuyan kəsə, Qiyamət günündə ruh və reyhanla, və göz aydınlığına səbəb olan şeyləri bəşarət verərlər.
Həlakətdən nicat tapmaq üçün (ancaq zərur işlərdə) 140 dəfə oxuyun. Əgər onu gecə yazıb ipək parçada başına qoysa, (fasiqlik) həvəsi qəlbindən gedər, və şərabı tərk edər.
Rəvayətlərin birində yazılıb ki, Əbdullah Məsud günlərin birində xəstə yanına gedib, bu ayəni “Əfəhəsibtum ənnəma xələqnakum əbəsən və ənnəkum iləyna laturcəun. Fətəallahul məlikul həqqu la ilahə illa huvə rəbbul ərşil Kərim. Vəmən yədu məəllahi ilahən axirə la burhanə ləhu bihi fəinnəma hisabuhu ində rəbbihi innəhu la yuflihul kafirun. Və qul rəbbiğfir vərhəm və əntə xəyrur-rahimin.” (Muminin 115-118) onun qulağına oxudu və tezliklə şifa tapdı. Bu xəbəri Allahın Rəsulunun hüzuruna çatdırdılar. Həzrət Əbdullaha dedi: xəstənin qulağına nə oxudun? o dedi: Filan ayəni (Muminun-115-118). Həzrət buyurdu: Bəli, doğrudur, canım əlində olan Allaha and olsun. Əgər bu ayəni sidq ürəkdən və yəqinliklə dağa oxunsa, dağ yerindən qopar.
Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql olunub ki, hər kəs muminun surəsini cümə günündə oxuya, və bu işi davam etdirə, onun mənzili Firdovs Əlada olar. Sonra yenə də buyurdu: Bu surənin əvvəli və sonu Behiştin qiymətli cəvahiratlarındandır.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this