İslam dininin bizə ən çox tövsiyə etdiyi əməllərdən biri – mömin qardaş və bacımızı sevindirməkdir. İmam Baqir (ə) buyurur: “Həqiqətən, Allah Təala yanında ən sevimli əməl möminin qəlbini sevindirməkdir”. Başqa bir yerdə buyurur: “Allaha möminin qəlbini sevindirmək kimi sevimli bir şeylə ibadət edilməmişdir”. Peyğəmbərimiz (s) bu əməlin Allahı və Rəsulunu sevindirdiyini vurğulamışdır.
Bəzilərinin nəzərinə görə möminin qəlbini gülüşlə sevindirmək olar. Ona görə də bu insanlar başqalarını güldürməyə çalışarlar. Lakin bu hədislərdən edilən yanlış çıxarışdır.
Bir gün İmam Əli (ə) tərəfdaşları ilə bir yerdə bir yoldan keçirdi. Bir nəfər onlara çatır və Həzrətin (ə) çiynində olan əbasını götürüb qaçıb getdi. İmamın (ə) tərəfdaşları onun ardınca qaçmağa başladılar. Nəhayət onu əba ilə bir yerdə İmama (ə) təslim etdilər. İmam (ə) tərəfdaşlarından soruşur ki, o, kimdir? Tərəfdaşları cavab verir: “Bu təlxəkdir və bu cür işlər görərək insanları güldürür. Onların sevinməsinə səbəb olur”. Həzrət (ə) buyurur: “Ona deyin ki, Allahın bir günü vardır və o günü yersiz işlərlə məşğul olanlar başa düşəcəklər ki, əlləri boşdur”.
Bu hədisdən göründüyü kimi əgər möminin qəlbini sevindirmək güldürmək olsaydı, Həzrət (ə) həmin təlxəyi təşviq edər və tərifləyərdi. Ancaq görürük ki, onu müdikcəsinə məzəmmət edir.
Beləliklə deyə bilərik ki, möminin qəlbini sevindirmək güldürmək deyildir, ancaq bu əməl elə olmalıdır ki, haram olmasın. Həzrət Peyğəmbər (s) buyurur: “Namazdan sonra edilən ən üstün əməl – möminin qəlbini sevindirməkdir. Əlbəttə o işlə ki, günah olmasın”.
İslam dini bizə öyrədir ki, mömin bacı və qardaşımıza kömək edərək, onu sevindirək. Üzündə təbəssüm yarada bilək. İmam Sadiq (ə) buyurur: “Allah Həzrət Davuda (ə) vəhy edir: Əgər Mənim bəndəm Mənim dərgahıma həsənə gətirsə, Mən ona behişti mübah edərəm. Həzrət Davud (ə) soruşur: “Pərvərdigara! O hansı xeyir işdir?” Allah Təala buyurur: “Mənim bəndərimdən olan mömin bəndəmin qəlbini şad etməkdir. Hətta ona bir dənə xurma verməklə olsa belə”.
İmam Sadiq (ə) möminin qəlbini şad etməyin üç yolunu bizim üçün bəyan edir: aclığını dəf etmək, möminin üzündən qəm-qüssəni aparmaq, möminin borcunu əda etməklə onu şad etməkdir.
İmam Sadiq (ə) Əhvazın, Farsın hakimlərinə məktub yazıb göndərir. Həzrət buyurur: “Qardaşını sevindir ki, Allah da səni sevindirsin.” Bu məktub hakimin əlinə çatan zaman onu gətirən elçiyə min dirhəm verir. Əmr edir ki, ona at, kəniz və xidmətçi versinlər. Evini döşəsinlər və ehtiyacı olan hər şeyi ona versinlər. Bütün bu işlər sona çatan kimi həmin kişi İmam Sadiqin (ə) yanına gəlir və olanları ona danışır. Həzrət ona buyurur: “Hakim səni sevindirməklə Allah və Rəsulunu (s) sevindirdi”.
Beləliklə deyə bilərik ki, bir möminin qəlbini sevindirmək onu güldürmək deyil, onun ehtiyaclarını aradan qaldıraraq, ona yardım etməkdir.
(Tebyan/ Deyerler.org)

http://sualcavab.ge/


more post like this